Ərini yatdığı yerdə 17 bıçaq zərbəsi ilə öldürən vəzifəli şəxsin işi məhkəməyə göndərilib - FOTOLAR
25-09-2020 [12:29]
2019-cu il iyulun 7-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Suraxanı Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, istintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcə də amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Rəna Sofiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin, Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəna Sofiyevanın təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
***
“BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır.
Mia.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Hələ ki, ilkin hazırlıq iclasının vaxtı təyin olunmayıb.
Qeyd edək ki, 2019-cu il iyulun 7-də gecə saat 03 radələrində Suraxanı rayonunda baş verən qətl hadisəsi çox müəmmalı halları ilə yadda qalıb. Belə ki, 40 yaşlı Araz Sofiyev divanda yatdığı yerdə 17 bıçaq zərbəsi ilə qətlə yetirilib. Kənd təsərrüfatı texnikasının tədarükündə ixtisaslaşan 4S şirkətinin rəhbər müavini işləmiş Rəna Sofiyeva isə iki naməlum şəxsin evə girərək onlara hücum etdiyini bildirib. R.Sofiyeva həmin şəxslərin ona da xəsarət yetirdiyini bildirib və deyib ki, həmin şəxslər ərinin onlara borclu olduğunu deyiblər. Qadının sözlərinə görə, daha sonra həmin şəxslər Rəna Sofiyevadan 4.800 dollar alaraq hadisə yerindən qaçıblar.
Lakin 17 bıçaq zərbəsi alan ərin yanındakı qadına sadəcə cızıq xəsarəti yetirilməsi istintaqı aparan müstəntiqdə şübhə yaradıb. Araşdırma zamanı Araz Sofiyevin heç kimə borclu olmadığı məlum olub. Cinayət törədilən zaman evdə olan Rəna Sofiyevanın anası və 15 yaşlı oğlu isə yatdıqları üçün heç nə eşitmədiklərini deyiblər. Ətrafdakı müşahidə kameralarında isə yalnız 1 nəfərin küçədən keçdiyi görünüb.
İstintaq Araz Sofiyevi həyat yoldaşı Rəna Sofiyevanın öldürdüyü qənaətinə gəlib. Onun barəsində rayon məhkəməsi həbs qətimkan tədbiri seçsə də, qadın cinayəti etiraf etməyib. Araşdırma zamanı məlum olub ki, cütlük boşanma ərəfəsində olub, son zamanlar aralarında tez-tez ailədaxili münaqişələr yaranırmış. Məhkəmə ekspertləri mərhum Araz Sofiyevin qanında hücuma müqavimət göstərilməsinin qarşısını almaq üçün istifadə olunan trankvilizator tərkibi tapıblar.
İstintaqın gedişatında Rəna Sofiyeva cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ərini yatarkən öldürdüyünü bildirib.
Xatırladaq ki, Araz Sofiyev “BP-Azərbaycan”, “Baltika-Bakı” və “Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. Rəna Sofiyeva isə qətl törədilən müddətdə “Meqa Studio” dizayn şirkətində çalışıb.
2003-cü ildə ailə həyatı quran cütlüyün 2005-ci il təvəllüdlü oğlu olub.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi