"Azercell"in sponsorluğu ilə keçirilən 7-ci beynəlxalq "womENcourage" virtual toplantı işə başlayıb
24-09-2020 [17:21]
İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı “Bərabərliyin iki tərəfi var” devizi ilə bu gün işinə başlayıb.
“Azercell Telekom”dan Mia.az-a verilən məlumata görə, bu il ADA Universitetinin təşkilatçılığı və ev sahibliyi, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell”in Rəqəmsal Tərəfdaşlığı və “Qızıl Sponsor”luğu, Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilən toplantıya dünyanın hər yerindən yüzlərlə iştirakçı qatılıb.
“womENcourage” beynəlxalq toplantısının açılış mərasimində yeni seçilmiş ACM Prezidenti, professor Gabriele Kotsis, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və “ACM-W” Avropa təşkilatının sədri Ruth Lennon salamlama nitqi ilə çıxış ediblər.
Tədbirin ilk günündə dünyanın ən iri telekommunikasiya şirkətlərinin nümayəndələri tərəfindən “Böyük verilənlər analitikasının böyük vədləri” mövzusunda məruzələr təqdim olunub. Dörd gün davam edəcək beynəlxalq toplantının növbəti günlərində “Süni intellekt: alqoritmlərdən etikaya” mövzusunda təqdimatlarla yanaşı, panel müzakirələri də aparılacaq.
Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların tədqiqat işlərinin təqdimatı da daxil edilib. Belə ki, “womENcourage”də dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edən tələbələrin 30 posteri təqdim olunacaq.
Tədbirin üçüncü günündə “womENcourage 2020” iştirakçıları üçün karyera yarmarkası təşkil ediləcək. Tələbələr müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə görüşərək mövcud vakansiyalardan yararlana biləcəklər. “Azercell” şirkəti də öz növbəsində iştirakçılara mövcud vakansiyalar barədə məlumat təqdim edəcək. İnformatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edən konfransın sonunda 100-ə yaxın iştirakçı haker marafonunda (“hakathon”) yarışacaq. Hakafon zamanı haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq uğrunda mübarizə aparacaqlar. “Azercell” şirkətinin Big Data və Təhlillər departamentinin Data Mühəndisliyi şöbəsinin rəhbəri Rəhim Əhmədov bu yarışmanın münsifi qismində iştirak edəcək.
Bu il “Azercell”in Rəqəmsal Tərəfdaşlığı və “Qızıl Sponsor”luğu ilə baş tutan “womENcourage” hər dəfə dünyanın müxtəlif ölkələrində keçirilir. Beynəlxalq tədbirin əvvəlki görüşləri İtaliya, Serbiya, İspaniya, Avstriya, İsveç və Birləşmiş Krallıqda baş tutub. “womENcourage” texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, informatika sahəsinə daha çox cəlb olunmasına çalışan hər kəsi bir araya gətirməklə onların fərdi inkişafına kömək edir. Bu konfrans iştirakçıları dünya üzrə informatika sahəsində tanınmış mütəxəssislərin təcrübəsi ilə tanış olur, praktiki biliklər qazanır, həmçinin də özlərini təqdim etmək imkanı əldə edirlər. Bununla yanaşı, konfrans informatika sahəsində təmsil olunan xanımların işlə təmin olunmasına da yardımçı olur.
Qeyd edək ki, “Azercell Telekom” Azərbaycanda məktəbli və tələbələrin müxtəlif sahələrdə, xüsusilə informatika ilə bağlı bilik və bacarıqlarının artırılmasına yönələn layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. “Azercell Telekom”un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər və bu nüfuzlu yarışmada bürünc medal qazanıblar. “Azercell” azərbaycanlı şagirdlərin kompüter bilikləri sahəsində ən nüfuzlu yarışmalardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirakını hər il dəstəkləyir. Artıq bir neçə ildir ki, şirkətin elan etdiyi Tələbə Təqaüdü proqramı çərçivəsində yerli universitetlərdə İKT sahəsində təhsil alan və fərqlənməyi bacaran gənclərə aylıq təqaüdlər təqdim olunur. İndiyədək “Azercell”in dəstəyi ilə gənclərin informasiya kommunikasiya texnologiyaları sahəsində inkişafına kömək edən yüzlərlə layihə həyata keçirilib. Şirkət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.
7-ci beynəlxalq “womENcourage” virtual toplantısı sentyabrın 27-dək davam edəcək. Ətraflı: https://womencourage.acm.org/2020/.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi