Rusiyadakı səfirliyimizdən təkzib gəldi

img

08-11-2013 [09:56]



Moskvada Azərbaycan səfirliyi qaşısında heç bir etiraz aksiyası keçirilməyib və səfirin müavini Qüdsi Osmanov heç bir bəyanat və şərh verməyib.

Səfirliyin mətbuat xidmətindən ANS PRESS-in Moskva bürosuna daxil olmuş məlumatda bu barədə "Modern.az” saytında 7 noyabr 2013-cü il tarixdə yerləşdirilmiş material təkzib edilib. 

Məlumatda deyilir ki, səfirlik adi qrafiklə işləyir və vəziyyətin normallaşdırılması üçün bütün lazımi tədbirlər görülür. Səfirlik saytda yerləşdirilmiş həmin xəbəri Rusiyada miqrant və azərbaycanlılar ətrafında yaranmış onsuz da mürəkkəb olan vəziyyətin daha da gərginləşdirilməsinə yönəlmiş növbəti siyasi təxribat kimi dəyərləndirir. 

"Səfirlik təəssüf edir ki, bir sıra bəd niyyətli jurnalistlər Azərbaycanın Rusiyadakı səfirliyinin işini pozmağa, bütünlükdə Azərbaycanla Rusiya arasında iki tərəfli münasibətlərə mənfi təsir göstərməyə çalışan bəzi qüvvələrə xidmət edirlər”,- deyə səfirliyin məlumatında bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA