Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-09-2020 [00:04]
Qoç - neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik iddialara inanmayın.
Buğa - ünsiyyət, dəvət aldığınız yerə yollanmaq üçün yaxşı zamandır. Yeni tanışlıqlar olacaq. Onların sürəyi sizdən asılıdır.
Əkizlər - yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan sizi sevindirəcək məlumat gələcək. Təşviş və təlaş geridə qalacaq. Pozitiv olun. Yaranan kiçik problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi tərifləyəcəklər.
Xərçəng - adi günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın. Belədə diqqət mərkəzində ola bilərsiniz. İmiclə eksperimentlər uğurlu olacaq. Dəyişikliklər nə qədər ciddi olarsa, bir o qədər yaxşıdır.
Şir - həmfikirlərlə yanaşı, müttəfiqlər də tapacaqsınız. Yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər.
Qız - əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi həyatınızla bağlı məsələləri müzakirə etmək olar.
Tərəzi - uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz. Ailə üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun. Ən xırda məsələlərdə belə, onların maraqlarını, istək və təkliflərini qulaqardına vurmayın. Qarşılıqlı incikliyə yol verməmək çətin olsa da, ailədə sülhü qorumaq üçün səy göstərin.
Əqrəb - işgüzar münasibətlərlə şəxsi təmasları heç bir halda qarışdırmayın. Bu gün belə qarışıq partlayışa səbəb ola bilər. Peşəkar fəaliyyət müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin.
Oxatan - səbrli və təmkinli olsanız, yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməyəcəksiniz. Bunu dəyərləndirəcəklər. Axşam saatları dostlarla görüş və müzakirələr üçün əlverişlidir. Son vaxtlar sizi narahat edən məsələni nəzərdən keçirə bilərsiniz.
Oğlaq - İri miqyaslı sərmayə yatırmağa dəyməz. Bahalı əşyalar almayın, uzunmüddətli əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın. Kobud səhvlərə yol verməyin.
Dolça - yaranmış situasiyanı təhlil edin. Baş verənlərlə bağlı düşünməyə dəyər. Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir.
Balıqlar - yaxın ətrafınızdakı insanların tələblərini dinləyin. Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər. Dərhal cavab verməyin. Axşam saatları yaradıcılıq üçün əlverişlidir.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi