07-11-2013 [17:09]
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, ekspert Qubad İbadoğlu kommunal xidmətlərin qiymətlərində gözlənilən artım mövzusunda "Qafqazinfo” ya müsahibə verib. Müsahibəni oxuculaımıza təqdim edirik.
- Kommunal xidmətlərin qiymətinin artırılacağı ilə bağlı məsələ cəmiyyətdə bir ajiotaj yaradıb. Sizcə, qiymətlərin artırılmasını şərtləndirən amillər varmı?
- Hökumət hər zaman qiymətləri artırmaq üçün həm iqtisadi, həm siyasi səbəblər tapa bilər və bu istiqamətdə qiymət artımının nəyə görə baş verdiyini əsaslandırması o qədər də çətin deyil. İndiki halda hökumətin özünün götürdüyü öhdəliklər var. Bunlardan biri kommunal xidmətlərdə reformaların aparılmasdır. Bu reformların aparılması hökumətlə dünya bankı arasında imzalanmış ölkə tərəfdaşlıq memerandumunda da öz əksini tapıb. Həmin memerandumda kommunal sektorda maye dəyərini örtən tarif siyasətinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, kommunal sektora investisiya qoymaqda özəl sektorun marağı olsun. Çünki əks təqdirdə özəl sektorun kommunal sektorda investisiya qoymaq reformalarda iştirak etməyə marağı qalmır. Ona görə də kommunal sektorda faizlərin artırılması məsələsi çoxdan gündəmdə idi. Sadəcə olaraq indi daha yaxşı fürsət yaranıb. Yəni qiymət artımı üçün yaranan siyasi şəraitdən söhbət gedir. Hökumət hesab edir ki, indiki halda qiymət artımını orta azərbaycanlı qarşılamaq imkanlarına malikdir. Məsələn, iqtisadçıların apardığı araşdırmalar göstərir ki, qiymət artmadığı halda belə əhalinin kommunal xərcləri ödəməkdə ciddi çətinlikəri var. Düzdür, son illər elektrik enerjisi ilə bağlı abonentlərin borcu yoxdur. Suyla bağlı borclarının ödənməsində azalma müşahidə olunub. Qazla əlaqədar ödəməlrin səviyyəsi qalxıb. Amma bu o demək deyil ki, insanlar bundan sonra artan qiymətlərlə də həmin xərcləri qarşılaya biləcəklər.
Bu kommunal xərclər elə sistemdə təqdim olunur ki, bu gün Azərbaycan orta ailəsi ilk növbədə onları ödəmək zəruriyyətindədir. Çünki bunsuz yaşamaq mümkün deyil. Bu xərcləri qarşılamaq üçün təbii ki, digər xərcləri məsələn, ərzağa , istirahətə vəsaitləri daha az ayırmaq məcburiyyəti ilə bunu həyata keçirir. Hökumət indi iki əsas arqument götürür. Biri odur ki, maye dəyəri ilə müqayisədə bəzi qiymətlər aşağıdır. Metroda gediş haqları kommunal xidmətlər, enerji və su tarifləri. İkinci əsas da əhali uzun müddətdir ki müntəzəm olaraq vəsaitləri ödəyir, heç bir borc formalaşmır. Borcların səviyyəsi aşağı düşüb. Deməli, əhalinin ödəmə qabiliyyəti artıb. Amma mən hər iki əsasda ciddi iqtisadi qüsurlar görürəm. Əvvəla, bu gün hansısa bir şirkət özünə bahalı maşınlar alırsa və ya bahalı ofislər götürürsə və onun maye dəyərini şişirdirsə, sonradan təbii ki, qiymətlər həmin maye dəyərini örtməyəcək. Maye dəyərinin tərkibinə daxil olan xərclərin daha səmərəli olması üçün dövlətin maliyyə nəzarəti olmalıdır. Şəffalıq , hesabatlılıq, normativlik olmalı idi. Bunlar indiyə qədər baş verməyib. Şişmiş maye dəyərini təbii ki, bu tariflərlə ödəmək mümkün olmayacaq.
- İndi əhaliyə elektrik enerjisinin 1 kv/saatı əhaliyə 6 qəpiyə, qazın 1 kub metr üçün 10 qəpiyə, suyun 1 kub metr üçün 30 qəpiyə başa gəlir. Proqnozlara görə, Tarif Şurası 25 faiz nisbətində qiymət artımı etmək istəyir. O zaman qiymətlər necə dəyişəcək?
- 25 faiz ola bilər ki, qaz qiymətləri ilə enerji qiymətlərinin artımı arasında fərq olsun. Ola bilər ki, biri 50 faiz, o biri 10 faiz, digəri isə 25 faiz artsın. Bu orta göstəricini formalaşdırmaq mümkündür ki, bəzi qiymətlər region səviyyəsindəki qiymətlərə müqayisə ediləndə 25 faiz aşağıdır. Amma mən 25 faiz artım dedikdə əhalinin büdcəsində kommunal xidmətlər üçün ayırdığı vəsaitin orta hesabla 25 faiz artacağını demək istəmişəm. Yəni bu gün bu orta azərbaycanlının büdcəsinin beşdə biri kommunal xərclərə gedir. Bunun 25 faiz artması o deməkdir ki, sabah qazandığı hər üç manatın bir manatını kommunal xərclərə xərcləmək məcburiyyətində qalacaq. Bəs onda ərzaq ehtiyaclarını nə ilə qarşılayacaq, eyni zamanda digər sosial tələbatlarını nə ilə ödəyəcək? Amma bunun digər tərəfi də var. Kommunal sektorda, o cümlədən enerji resurslarının qiymətinin bahalaşması bazarlarda qarşı təsir əsasında digər bazarlarda da qiymətləri bahalaşdırır. Ərzaq qiymətlərində, metroda, avtobusda, avtomobil nəqliyyatında, sərnişin daşımada, yük daşınmasında gediş haqqı artırılacaq. O cümlədən enerji daşıyıcılarının maye dəyərində, məhsullların istehsalında qiymətlərin göstərilməsində yeni tariflər tətbiq olunacaq. Bu da bütövlükdə inflayisiyanın artımına təsir edəcək. Bu baş verərsə, növbəti 2, 3 ildə inflasiya gözləntisi artıq formalaşacaq.
- Əhalinin qiymət artımına reaksiyasını necə proqnozlaşdırırsınız?
- Bu istiqamətdə proqnoz vermək çox çətindir. Təbii ki, əhalinin reaksiyası mənfi olacaq. Bu əhali ilə hökumət arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq və hesab edirəm ki əhali ola bilsin qiymət artımlarından sonrakı ilk aylarda bunun əhəmiyyətli təsirini hiss etməyəcək. Uzunmüddətli dövrdə əhali görəcək ki, həqiqətən də onun büdcəsi kommunal xərclərlə kifayət qədər yüksəlib. Ola bilər ki , əhalinin lokal və ya kütləvi şəkildə etirazları olsun. Amma bu istənilən halda münasibətlərin gərginləşməsinə gətirib çıxaran bir qərar olacaq. Çünki Azərbaycan vətəndaşı ola bilər ki, seçki, demokratiya, insan haqları məsələsində daha tolerantlıq nümayiş etdirir. Amma hakimiyyət düşünməsin ki, sosial məsələlərdə, artan qiymətlərə münasibətdə əhali tolerant olacaq. Yəqin ki, Azərbaycan əhalisi ilə hökumət arasında kifayət qədər münasibətlərin gərginləşməsi və onun kütləvi şəkildə sosial aksiyaların baş tutması mümkün olacaq.
- Bunun nə dərəcədə baş vermə ehtimalı var?
- Ölkədə normal həmkarlar ittifaqları yoxdur. Eyni zamanda işə götürənlər arasında müqavilə yoxdur. Həmkarlar İttifaqları bu gün yalnız əmək deyilən sosial hüquqların müdafiəsi ilə məşğul olmalıdır. Yəni bu institutlar formalaşmadığına görə mütəşəkillik baxımından bir problem ola bilər. Bu olsaydı, yəqin ki, bu qərar Azərbaycanda Həmkarlar İttifaqlarının ciddi etiraz aksiyasına gətirib çıxara bilərdi. Amma bu gün təşkilat səviyyəsində etiraz imkanları məhduddur. Nə Həmkarlar İttifaqları, nə də sosial hüquqları müdafiə edən digər təşkilatlar bu məsələyə münasibətdə işləyənləri və vətəndaşları səfərbər etmək imkanına malik deyillər. Həmkarlar İttifaqı hökumətin mövqeyindən çıxış edəcək. O halda qalır ki, yalnız vətəndaşların özlərinin və birləşdiyi ayrı-ayrı qrupların etirazının nə dərəcədə kütləvi olacağını demək çətindir. Hesab edirəm ki, müəyyən lokonik şəkildə etirazlar olacaq. Biz vətəndaş cəmiyyəti və sosial hüquqların müdafiəsi ilə məşğul olan qht-lər də bahalaşmağa bütövlükdə öz etirazımızı bildirəcəyik.
- Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, söhbət dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün kommunal xidmətlərin haqqının artırılmasından gedir. Bu nə dərəcədə realdır?
- Elə olmayacaq. Çünki qiymətlər artacaqsa, bu hamıya şamil olunacaq. Burda hər hansı sosial qrupa güzəşt məsələsi qalmayıb. Və bu çoxdan gündəmdən çıxıb. İndiki halda büdcə təşkilatlarında əməkhaqqı baş verib. Ola bilər ki, bunu onunla əsaslandırırlar ki, qiymət artımı onlara şamil olunacaq. Mən düşünmürəm ki, hətta elə olsa da, büdcə təşkilatında işləyənlərin qiymət artımında yaratdığı xərcləri qarşılaya biləcəklər. Hesab edirəm ki, bu hamıya şamil olunacaq. Büdcədə göstərilir ki, Azərbaycan hökuməti büdcəyə daxil olan neft gəlirlərini 2014-cü ildə 17,7 faiz aşağı salacaq. Burdan olan itkiləri qeyri-neft sektorundan gəlirlərin məcbur ödənişlərini və vergilərini artırmaqla ödəmək niyyətindədir. İkinci yol da ondan ibarətdir ki, bəzi dövlət təşkilatları var ki, büdcədən dotasiya alırlar. Metropliten və kommunal təşkilatların xərclərini azaltmaqla da bir növ büdcənin 2014- cü ildə az proqnozlaşdırılan gəlirlərini həm də xərclərin azaldılması ilə kompensasiya etmək niyyətindədir. 2014-cü ilin büdcəsində açıq şəkildə görünür ki, hökumət nə etmək niyyətindədir. Hökumət növbəti ildə sahibkarları daha çox yükləmək, onlardan vergi və digər ödənişlər tələb etmək niyyətindədir. Eyni zamanda çalışır ki, dövlət dotasiyasında olan bəzi təşkilatların xərclərini azaltsın. Hər iki hökumətin siyasətinin əsas zərbəsi istehlakçıya, vətəndaşa dəyəcək. Sahibkar daha çox vergi ödəyəcəksə, həmin xərcləri göstərdiyi xidmətin, satdığı məhsulun dəyərinə salacaq. O da bahalaşmağa müsbət effekt verəcək. Azalan dotasiya nə qədər ki, büdcədən 10,20 milyon pul azalırsa, həmin pulu da istehlakçıların çiyninə yükləyəcəklər. Hər iki reformanın ciddi sosial nəticələri olacaq. Azərbaycan hökuməti, yeni formalaşmış kabineti də bunu nəzərə almalıdır. Eyni zamanda Tarif Şurası da bilməldir ki, qiymət artımında sosial vəziyyət əsas götürülməlidir. Və qərarların verilməsində ictimai iştirtakçılıq olmalıdır. Tarif Şurası yalnız Neft Şirkətinin, Azerenerjinin və s müraciəti əsasında qərar vermək hüququna malik deyil. Orda birgə müzakirələr getməlidir. Ekspertlərin iştirakı təmin olunmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi