07-11-2013 [16:17]
Azərbaycanın hava nəqliyyatında sərnişin daşımaları artsa da yerli aviaşirkətlərin ziyanı 1999-cu ildən 500 milyon manata çatıb.
MİA contact.az-a istinadən xəbər verir ki, aviaşirkətlərin ziyanla işləməyə başlaması 1999-cu ildən başlayıb. Rəsmi məlumata görə, 1996-1998-ci illərdə aviaşirkətlər çox mənfəətlə işləyib.
Bu ilin I yarısında sərnişin daşımaları üzrə ziyan 16 milyon manata çatıb. Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. "Azerbaijan Airlines” daşımalarda 99 faiz paya malikdir. Müvafiq olaraq ziyan da bu aviaşirkətindir. AZAL-ın rəhbəri 1996-cı ildən Cahangir Əsgərovdur.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yerli aviaşirkətlərdən (AZAL, "Turan Air” və "Silk Way Business Aviation”) istifadə edən sərnişin sayı 2009-cu ildən artmağa başlayıb. 2012-ci ilin yekunu üçün sərnişin daşımalarının həcmi 1,6 milyon nəfərə (2009-cu ildəkindən 560 min nəfər çox) çatıb.
Amma aviaşirkətlər ziyana düşüb: əgər 2009-cu ildə aviaşirkətlərin itkisi 98,8 milyon manat idisə, 2012-ci ildə 33,2 milyon manat olub.
Bilet satışından gəlirlər az olmayıb: beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat əldə edilib. Sərnişinlərin çoxu beynəlxalq xətlərlə uçur.

Məsələn, bu ilin I yarısında, DSK-ya görə, 744,6 min sərnişin beynəlxalq xətlərlə uçub. Bu, ötən ilin eyni dövründəkindən 10,5 faiz çoxdur. MDB şəhərlərinə I yarımildə 3,1 min sərnişin uçması barədə informasiya şübhə doğurur. AZAL təkcə Moskvaya hər gün uçuş həyata keçirir.
Statistik məlumata görə, bu ilin 9 ayında hava gəmiləri ilə 1 280,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 4,3 faiz çoxdur.
Azərbaycan aviaşirkətləri maliyyə hesabatlarını açıqlamır. "Azerbaijan Airlines” QSC qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatını auditlə birgə açıqlamalıdır. Bəlkə bu sənəd məsələyə aydınlıq gətirərdi.
Müqayisə üçün deyək ki, 1998-ci ildə 833 min sərnişin daşınıb, aviaşirkətlərimiz 40,3 milyon manat gəlir əldə edib. Onların balans mənfəəti 26,7 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin digər məlumatlarına görə, bu ilin sentyabr-oktyabr aylarından etibarən hava nəqliyyatında işləyənlərin əmək haqlarında da azalma başlayıb. Ötən il hava nəqliyyatında işləyənlərin orta aylıq qazancı 985 manat idisə son aylar bu rəqəm 819.7 manata enib.
Bəs AZAL-ın təyyarə parkını yeniləmək üçün milyardlarla manat dövlət vəsaitinin sərf olunduğu, yeni hava limanlarının tikintisinə iri həcmdə investisiyaların yatırıldığı və müntəzəm reyslərin sayının xeyli artdığı bir vaxtda AZAL niyə ziyanla işləyir? Yaxud bu "ziyan” ancaq kağız üzərindədir?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi