Gülər Əhmədovanın məhkəməsində Kəmaləddin Heydərovla bağlı şok iddia: "...yanında danışmışıq"

img

07-11-2013 [13:33]


Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın növbəti məhkəmə prosesi keçirilir.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Sevinc Babayevanın bacısı Təranə Səfərova ifadə verib. O bildirib ki, 2011-ci ilin yayında bacısı Sevinc Gülər Əhmədova ilə eyni tədbirdə olub. Tədbidrdən sonra Sevincin vəziyyəti pisləşib. "Sevinc orada balıq yemişdi. Ondan sonra vəziyyəti pisləşdi. Yaşıl rəngdə qaytarırdı. Heç bir xəstəxana bizi qəbul etmirdi. Biz də şübhələndik ki, niyə bizi qəbul etmirlər. Daha sonra tanışlarmız vasitəsilə onu Gömrük Xəstəxanasına apardıq. Orda Qalib adlı bir həkim dedi ki, bacını zəhərləyiblər. 6 ay ömrü var. Daha sonra orada müalicə aldı. Vəziyyəti bir az yaxşılaşdı. Ayın 26 Sevinc mənə dedi ki , Bakıda qala bilmərəm, Türkiyəyə getməliyəm. Gedərkən anama Gülərin nömrəsini verdim. Səhəri gün anam Gülərə zəng etdi. Gülər ona dedi ki, narahat olma, o, getməli idi”. 

Daha sonra Sevinc Babayevanın bacısı bildirib ki, Türkiyədə olarkən Sevinc zəng etimişdi. O bizi yanına gəlməyə qoymurdu. " Sevinc çox ehtiyatlı davranırdı. O bizə deyirdi ki, artıq suallar verməyin, qulaq asırlar bizə. Sevinc orda icazə aldıqdan sonra ancaq mənim də gəlməyim şərtilə oğlu Ayxanın Türkiyəyə getməsinə razılıq verdi. Bizi orda Səlcuq Ağlayan qarşıladı. Məni Ayxanla ağ rəngli qara şüşəli maşınla bütün şəhəri gəzdirdilər. Mən dedim ki, yorulumuşam bacımı görmək istəyirəm. Sən demə biz bütün saatı Sevinc qalan binanı fırlanmışıq. Sevinc qapını açdı. O, çox arıqlamışdı. Acınacaqlı vəziyyətdə idi. Soyuducunu açdım, orda heç nə yox idi. Ayxan onu alış-verişə apardı. O, dükanda hər şeyi götürüb yeyirdi. Satıcıya dedim ki, qoyun yesin, mən pulunu ödəyərəm. Bacım elə bil türmədə idi. Biz skypla Gülərlə danışmaq üçün idman kompeksinə getdik. Gülər dedi ki, Seva Ramiz Mehdiyeviə 500-500 vermişəm. Məsələ həll olunacaq. Səhər Sevincin vəziyyəti pisləşdi. Cərrahpaşa klinikası pasportu olmadığı üçün onu qəbul etmədi. 3 gün sonra skypla yenidən danışdıq. Gülər dedi ki narahat olma, sənin kabinetini Kəmaləddinin yanında danışmışıq. Bir az gözlə hər şey yaxşı olacaq. Hələ də bilmirəm ki, bacım son ana qədər Gülərə niyə inanırdı”. 

Sevincin bacısı onu da bildirib ki, Gülər Əhmədova ondan bacısı Sevinc Babayevanın Türkiyəyə öz xoşu ilə getməsi barədə ərizə yazmasını deyib.  

Gülər Əhmədova Sevinc Babayevanın bacısı Təranə Səfərovanın ittihamlarına cavab verib.

"Sevinclə telefon danışıqlarında o mənə deyib ki, mən sənə diri lazımam yoxsa ölü? Mən də ona dedim ki, sən mənə diri lazımsan. Əgər Sevinc bu gün burda olsaydı, mən burda olmayacaqdım. Elşadla Sevinc Babayevanın videoları yayılandan sonra Sevincdən bunları niyə etdiyini soruşdum. O rusca mənə dedi ki, Elşad məni buna məcbur edib. Bundan sonra bizim Sevinclə münasibətlərimiz gərginləşdi. Mən ona niyə aktrisalıq etmisən, videolardan xəbərin var, deyirdim. Hər dəfə fərqli cavablar verirdi. Onu dəfələrlə, israrla ölkəyə çağırırdım. O mənə deyirdi ki, Elsəvər Abdullayevdən qorxuram, məni oğlumla hədələyiblər”.

Gülər Əhmədova isə bildirib ki, özü və əri vasitəsilə ona pul göndərib: "Mən və ailəm onun üçün nə bacarmışıqsa, onu da etmişik. Mən əzrayıl deyiləm ki, can alım”.

Sevinc Babayevanın bacısı məhkəmə zalında dəfələrlə ağlayıb və hər dəfə Gülər Əhmədovanı bacısını Türkiyədə ac saxlamaqda ittiham edib. 

Daha sonra Gülər Əhmədovanın yanında çalışan köməkçiləri ifadə veriblər.

Adilə Əlihüseynli və Günay Vəliyeva bacıları isintaqa verdikləri ilkin ifadələrindən qismən imtina ediblər. Adilə Əlihüseynli istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, Sevincin Gülər Əhmədovadan pul tələb etdiyini, eyni zamanda Gülər Əhmədovanın həmin pulları qaytarmadığını bildirmişdi. Daha sonra bildirib ki, 2008- ci ildən sonra Gülər Sevinci ofisində qəbul etməyib. Gülərin tapşırığı əsasında hər dəfə Sevinc Babayeva gələndə ona zəng edib xəbər edirdim. Elə olurdu ki, Sevincin gəlib- gəlməməsi ilə bağlı özü zəng edib məndən soruşurdu. Lakin bugünki məhkəmədə ifadəsində Adilə Əlihüseynli müstənq Eldar Qocayevin təzyiqi ilə belə bir ifadə verməyə məcbur edildiyini bildirib. 

Daha sonra onu bacısı Günay Vəlıyeva da Sevincin tez -tez uşaq QHT- dəki ofisinə gəldiyini bildirib:”Gülər Əhmədova onu qəbul etmədikdə isə Sevinc Babayeva onu gözləyirdi”.

Sevinc Günaya deyib ki, Gülərə pul vermişəm, lakin o qaytarmır. Sevinc hər dəfə ağlaya-ağlaya pul dalınca gəlsə də, Gülər onunla görüşmürdü. QHT-nin ofisinə bir dəfə Elşad Abdullayevin vəkili Adil İsmayılovun da gəldiyini qeyd edib.

Gülər Əhmədova isə çıxış edərək bildirib ki, o sözlərin hamısını özü Eldar Qocayeva deyib: "İndi o həmin sözləri bu cavan gəlinlərin adından yazdırır. Ayıb olsun, bu kişi hərəkəti deyil”.

Həmçinin məhkəmədə şahid qismində Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev dindirilib. Növbəti məhkəmə prosesi noyabrın 12-nə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA