Müdafiə Nazirliyində yeni təyinatlar, istefa vermiş general isə iş başında!

img

07-11-2013 [12:58]


"Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib".

Mia.az xəbər hərbi ekspert Üzeyir Cəfərova istinadən verir ki, təqdimatı ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib: "O, müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcəkdir. Onu bildirim ki, bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətlərində olduğuna görə, yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir". 

 Məktəbdən aldığımız digər bir xəbərdə o da bildirilir ki, general Çingiz Məmmədov eyni zamanda Ali Hərbi Məktəbin kollektivi ilə də sagollaşıb: "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İastismar İdarəsi (Mİİ) ləğv edilib və bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək. Bundan sonra nazirin tikinti işləri üzrə müvini kimi polkovnik-leytenant Zakir Hiftəliyev bütün bu işlərə rəhbərlik edəcək. Xatırladim ki, Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb. Digər maraqlı və diqqət cəlb edilən kadr təyinatları və struktur dəyişiklikləri də var...".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA