07-11-2013 [12:43]
Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olub. (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" –Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.
Lalə xanım 1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra internaturaya Sovet Ittifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan səhiyyə nazirliyi tərəfindən göndərilib.
1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olur və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilir. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilib.Yüzdən çox elmi əsərin müəllifidir. Professordur.
1991-ci ildə RSFSR-nin baş naziri İ.Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilib. Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülüb.
1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib.1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətində və həyatında dönüş nöqtəsi olur. Yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.
1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şeverdnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaradıb. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatdır.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilir. Lakin, o, bundan imtina edib.
1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət prezident seçkilərinə qurumun lideri kimi qatılıb.
2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində böyük qələbə qazanır və onun mandatı rəsmən təsdiq edilir. Lakin seçki saxtakarlığına etiraz əlaməti olaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina edib.
Sonralar heç bir seçkiyə qatılmayıb.
/Modern.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi