07-11-2013 [12:18]
"Yeni Müsavat” qəzetinin 4 noyabr tarixli sayında dərc olunan "ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib” sərlövhəli məqaləyə Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytında "Snouden Arifoğluna Süleymanovla bağlı necə danışdı” ("Kak Snouden rasskazal Arifoqlu pro Suleymanova?”) başlıqlı yazı ilə cavab verilib.
"Haqqın.az”dakı yazıda əvvəlcə xatırladılır ki, "Yeni Müsavat” özəl mənbəyə, həmin mənbə də öz növbəsində ABŞ kəşfiyyatındakı mənbələrə istinad edərək, məlumat yayıb ki, amerikalı casuslar Azərbaycanın "AvroNest” Parlament Assamleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovu Bakıda Avropa Parlamentinin deputatlarını pulla ələ alan yerdə gizli çəkiblər: "Əgər qəzet bu məlumatı Snouden və ya Assanca istinadən yaysaydı, nə bizdə, nə oxucularda, nə də Elxan Süleymanovun özündə bu məlumatın mötəbərliyinə şübhə qalmazdı. Sual olunur: Mərkəzi Kəşfiyyat Idarəsi agentlərinin Avropa Parlamentinin deputatlarını dinlədiyi, Milli Təhlükəsizlik Agentliyi kəşfiyyatçılarının Elxan Süleymanovun ATƏT və AŞPA deputatları ilə görüşlərini izlədiyi bu əyalət qəzetinə hardan məlum olub?”
Məqalədə iddia olunur ki, bu məlumat "Yeni Müsavat”a hökumətdə təmsil olunan və seçki ərəfəsində uğursuzluğa düçar olmuş, Elxan Süleymanovun nailiyyətlərini həzm edə bilməyən Məmmədov və Həsənov tərəfindən ötürülüb.
Məlumatı ötürən şəxslərin yalnız soyadları yazılsa da, heç kimə sirr deyil ki, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və ictimai-siyasi şöbənin müdiri Əli Həsənov nəzərdə tutulur.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sözügedən iddialara belə münasibət bildirib:

"Yazı müəllifinin həmkarlarına ünvanlanlı ironik tona və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanovun müdafiəsinə hədsiz aludə olması ilə işim yoxdur. Hər media orqanın özünə uyğun yazı üslubu, öz dostlarını qoruma və özünüqoruma haqqı var. Biz məşhur Kremlin ”boz kardinalı" Volodinlə Abbas Abbasovun danışıqlarını, mehmanxanalarda Rüstəm Ibrahimbəyova "verilən təlimatları”, texniki cəhətdən ən yaxşı qorunan prezident Ilham Əliyevin "LUKoil” rəhbəri Vahid Ələkbərovla "müzakirələrini” öz saytlarında yerləşdirənləri, konkret olaraq Eynulla Fətullayevi heç təftiş etmədik. Onun nə Federal Təhlükəsizlik Xidmətinin rəhbərilə, nə MTN əməliyyatçıları ilə kollajlarını dərc etmədik. Inanın ki, bunu "haqqın.az” saytından daha səviyyəli edə bilərdik. Biz də onlardan soruşa bilərdik ki, unikal IP-i Azərbaycan saytları arasında da xüsusi seçilməyən bir "əyalət saytı” əcaba, Kremlin xəbər arxivlərinə necə girdi? Yoxsa, bu xəbərləri onlara Rusiyanın sirlərini də bir diskə yığıb qaçan amerikalı ötürdü? "Yeni Müsavat” isə əksinə, "haqqin.az”-ın yaydığı bu "məxfi xəbərlərdən” xəbər düzəltdi və medianın müzakirəsinə verdi. Indi yazıya ironik başlıq bir tərəfə, həmkarlarını aşağılamaq meyli bizi üzür və üzrxahlıq gözləməsək də, bu qısa mövqeyimizi ictimaiyyətin diqqətinə çatdırmağı lazımlı hesab edirik.
Əvvəla, AŞPA Müşahidə Missiyası deputatlarının 9 oktyabr seçkilərinə "ok” deməsini dünya mətbuatı da ara-sıra şübhə altına alır və bu, yenilik filan deyil. Ikincisi, Avropanın nüfuzlu "Avropa Sabitliyi Təşəbbüsü” təşkilatının hesabatında AŞPA-da Azərbaycanın dostlarından olan deputatların Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunması qeyd olunub. Bu kimi işlərdə isə əsasən, indi nədənsə müdafiəsinə ehtiyac duyulan Elxan Süleymanovun adı hallanıb. Bu yazı ilə guya, onun uğurlarından əndişələnənlərin təşkil etməsinə isə sadəcə, gülüb keçirik. Bəlkə heç öz seçicilərinin də əməlli-başlı tanımadığı, Azərbaycandan kənarda isə heç də yaxşı imici olmayan birinin "hakimiyyətdə də rəqiblərinin olması” fikrini yalnız məlum personanı şişirtmək cəhdi kimi başa düşürük. "Yeni Müsavat”ın həmin adamla heç bir problemi yoxdur, məlum adamın Azərbaycana yaratdığı problemlər isə yaxınlarda daha qabarıq üzə çıxacaq. Ikincisi, "haqqın.az” saytı da yaxşı bilir ki, "istoçnik” - "etibarlı mənbə” bütün dünya mətbuatının söykəndiyi istinaddır. "Istoçnik” elə bir faktordur ki, ona dünyanın ən məlumatlı adamı olan ABŞ prezidenti Barak Obama da inanmaq zorunda qalır. Həmkarlarımıza yalnız bir xatırlatma veririk: 2011-ci ilin martında Qərb mətbuatında məşhur aktyor Çeki Çanı məhz "etibarlı mənbə” "öldürmüşdü”. Bu mənbənin məlumatından təsirlənən ABŞ prezidenti hətta onun ailəsinə başsağlığı da vermişdi. Hər bir qəzet öz mənbələri ilə işləyir, bəzən onlar qəzetləri yanıldır, bəzən də qəzetlər mənbələrini qorumaq üçün fəndlər işlədir və bu cür mətbu manevrlərə ironik yanaşmanı düzgün hesab etmirik.
Yazıda da aydın işarə edilib ki, müşahidəçilərlə bağlı məlumatların olmasını Milli Şuranın vahid namizədi Cəmil Həsənli özü bu yazıdan əvvəl təsdiq edib. Yazıda da bu, konkret sitatlarla verilib. Cəmil Həsənli bu mənbəni özü açıqlamasa, ona kimsə bu işi nə xahişlə, nə zorla etdirə bilər. Kifayət qədər ciddi adam olan Cəmil Həsənli boşuna "məndə məlumat var” deməz".
azadliqinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi