Nərgiz Paşayeva yeni stildə! - FOTOLAR

img

07-11-2013 [12:02]


"Nargiz” jurnalı Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın geyim tərzini analiz edib.

"Retro-stildə zəngin sadəlik” başlıqlı yazıda bildirilir ki, Nərgiz Paşayevanın stilində cazibədarlıq, təbiilik, şarm və gözəllik vəhdət təşkil edir: "Bu, aristokrat, azad və eyni zamanda qadına xas və kövrək obrazdır. Bu, simanın təbiətdən aldığı gəncliyi bir qayda olaraq özündə uzun müddət saxlayan qadın portretidir.

Nərgiz Paşayeva fəal mədəni və elmi, ictimai fəaliyyəti ilə qeyri –adi füsunkarlığı və cazibədar qadın obrazını həmişə saxlayır. Onun stili müvəqqəti tendensiyaların təsirinə məruz qalmır. O, retro-stilli geyimlər və aksessuarlarla müasir görünməyi bacarır.

İş qadını və azad qadın stili ciddi və eyni zamanda çox qadınaxas tərzdir. Onun görünüşü onun zəngin daxili yaradıcılıq dünyasını əks etdirir. Onun siması və xüsusiyyətləri bəzən klassik Azərbaycan miniatürlərinin obrazlarını xatırladır"













qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA