Peşə məktəblərinə qəbul qaydaları dəyişdirilir - Nazirlik

img

07-11-2013 [11:21]


Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu məsələ yeni hazırlanacaq ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasına daxil ediləcək.

Həmin dəyişikliklərdə yeni yaradılacaq müasir peşə mərkəzlərinə şagird qəbulu şərtlərinin sərtləşdirilməsi planlaşdırılır. Məqsəd isə bu mərkəzlərə daha istedadlı və peşə təhsili almağa real həvəsi olanları cəlb etməkdir.

 Bununla yanaşı, müəyyən həvəsləndirici tədbirlərin də həyata keçiriləcəyi gözlənilir. Belə ki, həmin müəssisələrə qəbul olunacaq şagirdlərin təhsil aldıqları müddətdə nailiyyətləri daha yüksək olarsa, onların təqaüdlərinin artırılması məsələsi müzakirə oluna bilər(Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA