"Prezidentin köməkçisinə dedim ki, 30 mindən çox tələbə təhsil haqqına görə universitetlərdən xaric olunub" - BAXCP sədrinin müavini
18-09-2020 [19:32]
“Cənab Prezident İlham Əliyevin köməkçisi hörmətli Hikmət Hacıyevlə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü davam edir. Dünən Hikmət müəllimlə görüşə mən də dəvət almışdım. Ölkəmizdə fəaliyyət göstərən sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə açıq müzakirə aparıldı. Hər bir təşkilat rəhbəri açıq şəkildə öz fikir və təkliflərini bildirdilər”
Bu açıqlamanı Mia.az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, Prezidentin köməkçisi Hikmət Hacıyev cəmiyyətdə çox müsbət reputasıyası olan dövlət məmurudur:
“Cənab Prezidentin köməkçisi hörmətli Hikmət müəllimin bu cür görüşlər keçirməsi, birbaşa Prezident İlham Əliyevin apardığı köklü islhatlar siyasətinin davamı kimi qiymətləndirirəm. Görüşdə hər kəsə imkan yardıldı ki, öz fikir və təkliflərini bildirsin. Mən Hikmət müəllimə 4 məsələ ilə bağlı müraciət etdim. Ilk olaraq xahiş etdim ki, bu məsələyə xüsusi diqqət ayırsınlar: Son illərdə Azərbaycan unversitetlərindən 30 000 artıq tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün unversitetlərdən xaric olunublar. Bu gün Azərbaycanda təhsil haqları həddinən artıq çoxdur. İllik təhsil haqqı 6000 manata qədər yüksəlir. 30000 gəncin təhsildən yayınması çox ciddi problemdir. Hikmət müəllimə dedim ki, unversitetlər hamısı təhsildən yığılan vəsaitin böyük hissəsini təmir-tikintiyə ayırır. Hər il bu qədər təmir tikintiyə vəsaitin ayrılmasına nə ehtiyac var? Həmin unversitetlərdə fəaliyyət göstərən pedoqoji heyhətin, müəllimlərin belə əmək haqları çox azdır. İkinci məsələ icra hakmiyyətlərində yardılmış İctimai Şuralar haqqında oldu. Bu gün icra hakmiyyətlərində yaradılmış. Həmin qurumlara icra başçılarının birinci müavinləri rəhbər təyin olunurlar. Özlərinin işçilərini üzv edirlər. Kimə lazımdır bu? Kimi aldadırlar? Bu qurumu rayonun həqiqi ziyalılarından, ictima fəallarından formalşdırmaq lazımdır ki, mövcud problemlərin həll olunmasına nail olunsun. Onların hamsını ləğv edib, yenidən qurmaq lazımdır. Həmçinin də az sayda QHT sədrləri var ki, 8-10 İctimai Şuralara seçilir. Bu adamlar bunu necə çatdıra bilərlər? İmakn vermək lazımdır ki, daha çox QHT İctimai Şuralarda təmsil olunsunlar.
Digər məsələ, büdcədən QHT ayrılan vəsiatlə bağlı oldu. Hikmət müəllimə dedim ki, rəsmi olaraq bu gün ölkədə 4000 artıq QHT qeydiyyatdan keçib. Və QHT Şurasına hər il 4-5 milyin manat vəsait ayrılır. Bütün xərclərlə bərabər. Bu vəsaiti QHT arasında böləndə bir aya 100 manat vəsait düşür. Aylıq 100 manatla təşkilatı necə saxlamaq olar? Həddindən artıq az vəsait ayrılır. Nəzərə alsaq ki, hər bir QHT ildə cəmi bir dəfə Şuraya qrant almaq üçün müraciət edə bilər. Həqiqətən də bu gün QHT Şurası il ərzində yüzlərlə çox yüksək layihələr icra edir. Bu layihələr geniş əhatəli olur. Dövlət və milli maraqların müdafiəsinin təşkilindən tutmuş, minlərlə aztəminatlı ailələrə maddi, ərzaq yardımının olunmasına qədər. Sonuncu məsələ isə, “Youtube” kanalında Azərbaycan dövlət və milli maraqlarına olunan təhdid və mənəvi terrorla bağlı oldu. Qeyd etdim ki, 20 ildən artıqdır ki, həm də siyasi faəliyyətlə də məşğulam, hörmətli BAXCP sədri Qüdrət Həsənquliyevin müaviniyəm. Bir siyasətçi olaraq sosial şəbəkələr platformasından geniş istifadə edirəm. Bu gün bu platformada dövlət maraqlarının müdafiəsi çox zəyif təşkil edilib. Bütün bunları Hikmət müəllimin diqqətinə çatdırdım. Çox inanıram ki, görüşdə qaldırılan məsələlər Hikmət müəllim tərəfindən diqqətdə saxlanılacaq və mövcud problemlərin həllinə yaxından dəstək verəcək.”
Niyaməddin Orduxanlının sözlərinə görə, Prezidentin köməkçisi Hikmət Hacıyev öz çıxışında Prezidentin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb: ”Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu dedi. Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yoxsulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır.
Prezidentin köməkçisi dedi ki, hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusi ilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə başçısının və Birinci vitse-prezidentin diqqət mərkəzindədir. Hikmət Hacıyev bildiridi ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezidentin köməkçisi deyib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir. Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğuladı. Prezidentin köməkçisi onu da qeyd etdi ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır.
Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirdi“.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi