Fərhad Əliyevin qardaşı ölüm xəbərindən danışdı

img

07-11-2013 [10:07]


"Alar kəndində hamı bir-biri ilə qohumdur. Barəmizdə yayılan məlumat düzgün deyil”.

Mia.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşlarından biri deyib. Qeyd edək ki, noyabrın 5-də yayılan məlumatlarda Fərhad Əliyevin qardaşı oğlunun Cəlilabadın mərkəzində, Bakı-Astara yolu üstündə idarə etdiyi "Niva” ilə "VAZ-2107" markalı maşını vurduğu və nəticədə Ülvi adlı şəxsin aldığı xəsarətdən yerindəcə keçindiyi bildirilirdi. 

Həmçinin qeyd olunurdu ki, Fərhad və Rafiq Əliyevlər azadlığa çıxandan sonra bu nəsildə ikinci faciədir ki, baş verib. Birinci hadisə Əliyev qardaşları azadlığa çıxandan sonra onların şərəfinə verilən ziyafətdən sonra F.Əliyevlərin bacısı oğlu öz avtomobili ilə Cəlilabad rayonu Alar kəndində yol-nəqliyyat qəzası törədib. Bu qəza nəticəsində F.Əliyevlərin bacısı oğlu dünyasını dəyişib. F.Əliyevin qardaşı bu məlumatın da həqiqət olmadığını söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA