Türkiyədən Azərbaycana zərbə: "Azərbaycanı inandıra bilsək, belə bir sürpriz edə bilərik"

img

07-11-2013 [09:45]


 Türkiyə Ermənistanla sərhədlərin açılması istiqamətində işlər aparılır. Xarici işlər naziri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasında millət vəkillərinin qarşısında çıxış edib.

Mətbuat üçün qapalı keçən görüşdə Davudoğlu Ermənistanla sərhəd məsələsi üzərində iş apardıqlarını, yaxın zamanda Azərbaycana gerçəkləşdirəcəyi səfərində müzakirə mövzusu olacaq məsələlər barədə ipucları verib. 


Sərhədlə bağlı sualı nazirə MHP-dən olan və İğdırı təmsil edən millət vəkili Sinan Oğan verib. "Sərhəd qapısının açılması ilə bağlı hazırlıq varmı?" sualına cavabında Davudoğlu bu istiqamətdəki işlərin aparıldığını təsdiqləyib. "Bizim belə bir çalışmamız var. Azərbaycanı inandıra bilsək belə bir sürpriz edə bilərik", deyib.

2015-ci ilə aid planlarının son sürət davam etdiyini deyən XİN rəhbəri bunun Ermənistanın Qarabağdan çıxmasına bağlı olduğunu deyib. "Bizim tələbimiz Qarabağın azad edilməsidir. Bununla bağlı irəliləyiş gözləyirik. Əgər bu baş verərəsə həm sərhədlər açılar, həm də dəmiryol əlaqəsi mümkün olar. Bundan əlavə başqa əlaqələrdə inkişaf edər. Amma bunu Azərbaycanla etmək istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA