Biləsuvarda yüksək bal toplayan məzunlarla görüş keçirilib - FOTOLAR
17-09-2020 [17:16]
Sentyabrın 17-də Biləsuvar rayon Gənclər Evində 2019-2020-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Bu il abituriyentlərdən 15 nəfəri 600-dən, 39 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni isə 654 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Abdullayev Nihat göstərib. Ümumiyyətlə Mübariz İbrahimov adına bağça-məktəb-liseyin 11 şagirdi 600-dən yuxarı bal toplayıb. Bu ilki tədris ilində rayon üzrə 11-ci sinfi bitirən 705 məzundan 386-sı ali məktəblərə sənəd verib, 285 nəfəri qəbul üçün müsabiqə şərtlərini ödəyib. 4 nəfər XI sinif şagirdi isə Respublika Fənn Olimpiadalarının final turunda qalib gəldiyi üçün birbaşa tələbə adını qazanıb".
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar və hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkdirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi