"Dedi-qodu etməklə, şou yaratmaqla..." - Xanım deputat həmkarının ittihamına sərt reaksiya verdi, Elman Nəsirov geri çəkildi + QALMAQAL
17-09-2020 [16:59]
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərini sərt şəkildə ittiham edib.
Mia.az -ın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Elman Nəsirov deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olub:
“Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyasının deputat üzvlərindən birinin sürücüsü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.
Maraqlıdır, Elman Nəsirov Əfv Məsələləri Komissiyasının adını çəkmədiyi hansı keçmiş deputat üzvünü nəzərdə tutur? Çünki onların sayı 4 nəfərdi.
Belə ki, Prezident İlham Əliyevin sentyabrın 8-də imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının tərkibi dəyişib.
Həmin sərəncamla Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin Əfv Komissiyasının sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.
Bundan başqa, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Ukraynadakı səfir Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəmilə Ramazanova da yeni komissiyanın tərkibinə daxil edilməyiblər...
Əgər Elman Nəsirov “komissiyanın deputat üzvlərindən biri” deyirsə, onda söhbət ya Bəxtiyar Əliyevdən ya Səttar Möhbalıyevdən ya da Məlahət İbrahimqızıdan gedir. Amma bu, sabiq deputat Elmira Axundova da ola bilər.
Deputat Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında ittihama sərt şəkildə reaksiya verib:
“Həmkarım Elman Nəsirovun dediklərinin heç bir əsası yoxdur. Əgər səsləndirdiyinin arqumenti varsa, onu ortaya qoymalıdır. O, millət vəkilidir. Bu cür məsələlər dedi-qodu, qeybət kimi deyilməməlidir. Əgər Elman Nəsirovda dəqiq fakt varsa, həmin deputatın adını çəkməlidir”.
Məlahət İbrahimqızı həmkarının gündəmdə qalmaq üçün populist çıxışlar etməməli olduğunu xatırladıb:
“Əfv Məsələləri Komissiyasının yüzlərlə üzvü yoxdur ki!. Maksimum 4-5 deputat üzvü var. Konkret olaraq deməlidir ki, “filankəsov filankəs Əfv Məsələləri Komissiyasının üzvü olanda, sürücüsü bu işlə məşğul olub” ya da sözünü geri götürməlidir. Hesab edirəm ki, bu, millət vəkilinə yaraşmaz. Biz cəmiyyətdə nə dedi-qodu etməklə, nə şou yaratmaqla, nə də populist fikirlərlə məşğul olmalıyıq. Cəmiyyətin yadında belə fikirlərlə qalmamalıyıq”.
Deputat belə bir halın gerçək olmadığı təqdirdə təəssüfləndiyini də vurğulayıb:
“Hesab edirəm ki, bu cür məsuliyyətsiz fikir səsləndirmək millət vəkilinə yaraşmaz. Çünki Əfv Məsələləri Komissiyasınının üzvlüyünə təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da, sözünü geri götürməlidir.
Əgər Elman Nəsirov həmkarları haqqında əsassız fikir səsləndirirsə, həqiqətən də bu, məndə acı təəssüf hissi doğurur”.
Mia.az xəbər verir ki, E.Nəsirov fikirlərinin cəmiyyətdə rezonas doğurmasından sonra geri çəkiliub.
O, üzrxahlıq açaıqlamasında uzun-uzadı izah verərək bildirib ki, "Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir. Bu informasiyanı mən söylədim, amma eyni zamanda bunu sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub.
Bu məsələni növbəti dəfə araşdırdım və hələ ki, bu faktların təsdiqini tapmayıb. Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi