Sabir Rüstəmxanlı Operativ Qərargahla Təhsil Nazirliyini tənqid etdi: "Bu, bacarıqsızlığın göstəricisidir"
17-09-2020 [14:29]
"Pandemiya ilə bağlı olaraq yeni dərs ilində onlayn təhsil sisteminə üstünlük verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb".
Mia.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
O, bildirib ki, onlayn dərslərin keyfiyyətinə o qədər də ümid bəsləmir:
"Yeni formatda hansısa mövzunun tezliklə qavranılacağına əmin deyiləm. Çünki qavrama təkcə induksiya və deduksiya prosesi deyil, həm də psixoloji prosesdir. Psixoloji cəhətdən şagird yaşadığı mənzildə yeni psixoloji mühitə düşür. Bizdə isə bu sahədə təcrübə yoxdur. Təcrübə olmadığına görə düşünürəm ki, bu dərs formasının bilik qazanmaq baxımından səmərəsi hələ ki, yüksək olmayacaq. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır".
VHP sədri deyib ki, bir çox kəndlərdə internet, hər evdə kompüter yoxdur. Onun fikrincə, yeni təhsil növü xeyli sayda şagirdi təhsildən kənarda saxlayacaq: “Ölkədəki 1.6 milyon şagirdin 1 milyonu virtual məktəbdən qeydiyyatdan keçib, 600 min şagird kənarda qalıb əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Bu dərs növü isə həm baha, həm də günümüz üçün real deyil. Hələ onlayn sisteminə keçid həddinə gəlib çatmamışıq. Mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Dağ rayonlarında və ümumiyyətlə bölgələrdə internetləşmənin yaxşıp səviyyədə olmadığı hər kəsə bəllidir. İnternetdən mərhum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz ".
S.Rüstəmxanlı bildirib ki, bütün dünyada tüğyan edən COVİD-19 yoluxmasının şərtləri altında cəmiyyətin mühüm sahələrinin fəaliyyətini tam bərpa edilməsinin yolları da mütləq tapılmalıdır:
“Əksər ölkələr bu istiqamətdə ciddi nəticələr əldə ediblər və bu səbəbdən ənənəvi təhsilin davam etdirilməsinə başlanıb. Azərbaycanın bu prosesdən kənarda qalması təəssüf doğurur.
Əslində, Təhsil Nazirliyinin və Operativ Qərargahın təhsillə bağlı son qərarı subyektiv ümumiləşmə əsasında verilib. Bu il ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedir. Bu qrupun 257 min nəfəri epidemioloji vəziyyət gərgin olduğu Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Yəni ibtidai sinif şagirdlərinin yarıdan çoxu ümumiyyətlə karantin elan olunmayan bölgədə yaşayır. Hətta bəzi kənd məktəbləri var ki, şagird sayı 100-ü keçmir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. Belə bir statistika qarşısında bütün ölkə boyunca təhsilin məhdudlaşdırılması yalnız bacarıqsızlığın göstəricisidir”.
Millət vəkili həmçinin onlayn təhsilin keyfiyyətinə də toxunaraq alternativ olaraq distant təhsilin təklif edilməsini qeyri-peşəkarlıq adlandırıb: “Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, ənənəvi təhsilin yerini vermir. Şagirdlərin məktəb və müəllimlərlə ünsiyyətdə olmamasının onların formalaşmasında mənfi iz buraxacağı şübhəsizdir. Digər bir tərəfdən şagird sayının az olduğu, karantin elan olunmayan bölgələrdə internet və televiziya imkanlarının məhdudluğu etiraf olunmalıdır. Bütün bunlar təhsil və məktəblərin açılması ilə bağlı qərara yenidən baxılmasını zəruri edir. Sonu görünməyən pandemiyanın qarşısında acizlik göstərib yeni şəraitdə əvvəlki həyat tərzinin qurulması üçün addımlar atılmasa bunun nəticələri ağır olacaq. Bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir, onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Şagird və tələbələr bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. İndiki şəraitdə qısa müddətdə bu mühiti yaradaraq dərslərin bərpasına nail olmaq olar. Bütün bunları nəzxərə alaraq Təhsil Nazirliyi və Operativ Qərargah ənənəvi əyani təhsil sistemini bərpa etmək üçün gərəkən tədbirləri görməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi