Zakir Həsənov Rövşən Əkbərovun hərbi hissəsində

img

06-11-2013 [22:26]


Müdafiə naziri Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov Gəncəyə səfər edib. MİA xəbər verir ki, ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, generalların Gəncəyə səfəri bölgələrdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirmək məqsədi daşıyır. Məlumatda həmçinin bildirilib ki, səfərin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanın yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov Şəmkir Hərbi Birləşməsində şəxsi heyətlə görüşüblər. Eləcə də Gəncədə yerləşən bir neçə hərbi hissəyə baş çəkərək vəziyyətlə yerində tanış olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA