Terim Bakıda: "Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm"
16-09-2020 [18:26]
"Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Bu komandanın "Neftçi" ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edəcəyinə sabah qərar verəcəyik. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz".
Bu sözləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis bildirib ki, hava limanı və oteldə böyük sevgi ilə qarşılaşıblar. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb: "Neftçi"nin 2 matçını izlədim. Biri Şimali Makedoniya "Şkupi"si, digəri isə "Səbail"lə görüşləri idi. "Neftçi" 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison və Stiven Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nə olursa, o da olacaq".
"Qalatasaray"ın hər yerdə sevildiyini deyən Terim Azərbaycanda komandasına xüsusi münasibətdən məmnunluq ifadə edib. O, gələcəkdə Bakıya təlim-məşq toplanışları və oyunlar üçün gəlmələrinin mümkünlüyünü diqqətə çatdırıb: "Sosial məsafəni isti məsafəyə döndərsək, daha sıx münasibətlərimiz qurulacaq".
Təcrübəli mütəxəssis azərbaycanlı futbolçunun "Qalatasaray"da yer alması üçün özünün istəkli olması, "sarı-qırmızılar"a üstünlük verməsi, Türkiyə təmsilçisinin isə onu bəyənməsinin vacibliyini söyləyib.
Qapıçı Fernando Musleranın ayağının qırılmasına üzüldüklərini deyən Terim uruqvaylı oyunçunu yüksək qiymətləndirib: "Allah betərindən saxlasın. Daha tez meydana dönməsi üçün həkimlərimiz çalışırlar. Amma digər qapıçılarımıza da güvənirik. İnanıram ki, onlar da etimadımızı doğruldacaqlar. Musleranın isə karyerasını "Qalatasaray"da bitirəcəyinə ümidvaram. Belə oyunçuya sahib olduğumuz üçün xoşbəxtik".
AVRO-2020-də Türkiyə millisinin 2 matçını Bakı Olimpiya Stadionunda keçirəcəyini xatırladan "Qalatasaray"ın baş məşqçisi Azərbaycanı öz məmləkətləri saydığını deyib: "Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bu isə yeni stadiondur. İnşallah, yeni arenada yaxşı nəticələr qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların böyüklüklərinin ən böyük səbəbi azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur. Azarkeşsiz oynamağın bizim üçün mənfi cəhət olduğu dəqiqdir. Çünki bizim burada da azarkeşlərimiz var".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi