Səhiyyə Nazirliyi: “Pandemiya insanları çətin psixoloji vəziyyətə salıb”
16-09-2020 [11:35]
“COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb”.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri haqqında müsahibəsində bildirib.
Onun sözlərinə görə, özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişib, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb.
Professor qeyd edib ki, COVID-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir edib, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığı insan psixikasına dərin mənfi təsir göstərib: “Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hazırda koronaviruslu xəstələrdə də bu hal tez-tez müşahidə edilir”.
Fuad İsmayılov hazırda rəhbərlik etdiyi mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayının artdığını, müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunduğunu deyib: “Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stress halında" saxlayır. Bundan başqa, yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessiv–kompulsiv pozuntuların artması müşahidə olunur. Posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19-a yoluxmuş insanlar və yaxınlarıdır. 65 və yuxarı yaş qrupuna gəldikdə isə, onlarda da depressiya və tənhalıq hissi müşahidə olunub. Çünki həmin şəxslər ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib”.
Psixoloji sarsıntı keçirmiş ən böyük qrupun həkimlər və tibb personalı olduğunu bildirən professor səhiyyə işçilərinin streslərə daha az davamlı olduqlarını vurğulayıb/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi