Səfər Əbiyevlə bağlı sensassion xəbərin arxasından çixan məşhur iş adamı tapıldı - VİDEO

img

06-11-2013 [13:19]



Bir neçə gün öncə Bakıda "Mercedes Gelandewagen”li avtomobil karvanı ilə müşayiət olunan toy mərasiminə görə polis artıq axtarışlara başlayıb. 25 "Gelandewagen” avtomobilinin iştirak etdiyi toy "kortej”inin yol-nəqliyyat qaydalarını pozduğu bildirilir. Buna görə də, yol polisi artıq hərəkətə keçib. Redaksiyamıza daxil olan xəbərdə bildirilir ki, bununla bağlı hətta keçmiş nazir Səfər Əbiyevin ailəsinə müraciət olunub. Lakin ailədən bu toy karvanınını keçmiş nazirin oğlunun toyu ilə əlaqəli olmadığı bildirilib. 

"Qafqazinfo” toy sahibinin kimliyini müəyyən etmək üçün kiçik bir araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, mərasim noyabrın 4-də "Hollywood” şadlıq sarayında baş tutub.

Bəlli olub ki, toy sahibi mətbuatda qeyd edildiyi kimi sabiq müdafiə naziri deyil, azərbaycanlı iş adamlarından biri olub. İş adamı ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmişik. Belə ki, səs-küylü toy sahibi olan biznesmen Salyan rayonunun Qarabağlı kəndindən olan Qurban Abbasovdur (Hacı Qurban). Ona məxsus şirkətlər arasında oğlu İlkin və qızı Nigarın adını daşıyan "İlkin N” və "Nigar LTD”-nin şirkətlərinin adı var.

Toy iş adamının oğlunun – ilkin bəyin olub. İlkin və Səidə cütlüyünün toy mərasimində tanınmış simalardan aparıcı İlkin Həsənli, Manana, Mənsur İbrahimov da iştirak edib.

Qeyd edək ki, bu toy, ötən il də səs-küylü toy kortejləri ilə yadda qalan Ayxan və Nigar cütlüyü ilə qohumdurlar.

Toyun sahibi Hacı Qurban "Qafqazinfo”ya eksklüziv müsahibə verib və yaxın dəqiqələrdə həmin müsahibə sayta yerləşdiriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA