Qobustandakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib - FOTOLAR
15-09-2020 [16:16]
Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş avtomobil karvanı hərbi hissədən çıxaraq həmin ünvana yollanıb.
Müdafiə Nazirliyi adından Türk Şəhidliyindəki abidə-kompleksinin önünə əklil qoyulub.
Azərbaycanın və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Nuru Paşanın rəhbərliyi altında Azərbaycan və Türkiyə əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsindən, onların şücaət və igidliklərindən ətraflı söhbət açıb.
Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəis müavini general-mayor Rasim Əliyev tarixin bütün zamanlarında Azərbaycan xalqının Türkiyəyə, Türkiyə xalqının isə Azərbaycana daim arxa və kömək olduqlarını bildirib.
Birinci Dünya müharibəsi illərində Çanaqqala zəfərinin qazanılmasında, eləcə də Qurtuluş savaşında azərbaycanlıların qardaş türk xalqına maddi-mənəvi və canlı qüvvə sarıdan göstərdiyi qardaşlıq köməyindən bəhs edən general-mayor R.Əliyev Türkiyə xalqının və dövlətinin də həmişə Azərbaycana cəsarətli dəstək nümayiş etdirdiyini bir daha vurğulayıb.
Qeyd edilib ki, bu ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara qarşı ilk etiraz səsini yüksəldən məhz qardaş Türkiyə olmuş və düşmənin iyrənc əməllərini qətiyyətlə pisləmişdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yunanıstanın ölkəmizdəki səfirini qəbul edərkən səsləndirdiyi cəsarətli fikirlərin Türkiyə ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılandığını diqqətə çatdıran general-mayor R.Əliyev bildirib ki, bugün də Azərbaycan və Türkiyə bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində daha uğurlu siyasət aparır, möhtəşəm layihələr həyata keçirilir.
Tarixi milli-mənəvi dəyərlərə, eyni dilə, eyni dinə malik olan hər iki ölkənin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.
Türkiyə Silahlı Qüvvələrinin zabiti Alper Karacaoğlu Azərbaycan uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinə göstərilən hörmət və ehtirama, onların adlarının əbədiləşdirilməsində və türk şəhidliklərinin əsl ziyarətgaha çevrilməsində xidməti olanlara - Azərbaycan Prezidentinə, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Təklə kəndinin sakini Gülbala Bayramov hələ sovet dövründə Acıdərədəki türk zabitinin məzarının qadağalara baxmayaraq yerli sakinlər tərəfindən qorunduğunu, daim ziyarət olunduğunu qeyd edib.
Sonra iştirakçılar türk zabitinin məzarını ziyarət edib, qırmızı qərənfillər düzüb və xatirə şəkli çəkdiriblər.
Mərasimindən sonra hərbi hissədə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” devizi altında ədəbi-musiqili tədbir keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi