Nazirliklə DSMF birləşdiriləcək? - Rəsmi açıqlama

img

06-11-2013 [10:51]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Sosial Müdafiə Fondunun birləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə ƏƏSMN-nin İçtimai Əlaqələr şöbəsinin müdiri İlham Məmmədov münasibət bildirib. 

 Mia.az Anspress-ə istinadən xəbər verir ki,  nazirlik rəsmisi iki qurumun birləşdirilməsindən məlumatsız olduğunu deyib:  "Mətbuatda yayılan xəbərlərə baxmamışam. Dünən kallegiya iclasının olduğunu da bilmirdim. Mənim iki qurumun birləşdirilməsi ilə bağlı məlumatım yoxdur. Məşğulluq və Əmək Müfəttişliyinin ləğv ediləcəyi ilə bağlı məsələdən də xəbərim yoxdur".

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni təyin olunmuş naziri Səlim Müslümov dünən keçirilən kollegiya iclasında ƏƏSMN ilə DSMF-nin birləşdiriləcəyini söyləyib. Nazir islahatlar aparılacağını və qısa müddətdə Məşğulluq və Əmək Müfəttişliyi ləğv edilərək, rayon şöbələrinin tərkibinə veriləcəyini də deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA