Azərbaycanda daha 76 nəfər COVID-19-a yoluxdu, 2 nəfər vəfat etdi - Qərargah son məlumatı yaydı

img

14-09-2020 [17:48]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada daha 2 nəfər vəfat edib: 

"İndiyədək ölkədə ümumilikdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564  nəfər vəfat edib, aktiv xəstə sayı 1 979 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 630, bu günə qədər isə ümumilikdə 1 013 108 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA