Bakıda yol polisi ilə sürücü əlbəyaxa oldu - FOTOLAR

img

05-11-2013 [21:24]


Bakının Nərimanov rayonu ərazisində yol polisi ilə "Mersedes” markalı "90 GE 322” dövlət nömrə nişanlı avtomobilin sürücüsü arasında əlbəyaxa dava olub.

Mia.az xəbər verir ki, hadisəni "Qafqazinfo”nun əməkdaşı lentə alıb. Məlumata görə, sürücü yol polislərinin "tabe ol” əmrinə məhəl qoymayıb. İnsident zamanı sürücü avtomobili sürətli geri verərkən digər avtomobillə toqquşub. Lakin o, ərazini tərk edə bilməyib. Yol polisləri onu zorla da olsa avtomobildən düşürərək Nərimanov Rayon Polis İdarəsinə aparıblar.  







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA