Yanğında zərərçəkən sahibkarlar icra hakimiyyətinin qarşısına aksiya keçirdilər

img

05-11-2013 [17:29]


Bu gün "Karvan" T/M- də baş verən faciəli yanğın zamanı ziyan çəkmiş yüzlərlə iş adamı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıblar.

Bu barədə icra hakimiyyətinin önünə yığışmış sahibkarlar məlumat veriblər. Toplaşmaya səbəb kimi, Mehriban xanım Əliyevaya ünvanlanmış müraciətə cavabın icra hakimiyyətinə gəlməsi xəbəri olub. Zərər çəkmişlərin orada yarım saatdan çox dayanmasına baxmayaraq, onların qarşısına yalnız polis işçiləri çıxıb. Hadisə yerinə bazar rəhbəri Ağamirzə Əhədov və sahə müvəkkili də təklif buyurublar. Onlar gəldikdən sonra camaatdan dağılışmağı tələb ediblər.

Xatırladaq ki, 19 oktyabrda Sumqayıtda yerləşən "Karvan” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində yüzlərlə sahibkara əhatə dairəsi milyonlarla ölçülən maddi ziyan dəymişdir.(xeberlent)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA