SƏFƏR MEHDİYEVİN KADR TƏYİNATLARI: o, kimləri vəzifəyə çəkib? - ŞOK SİYAHI
12-09-2020 [10:03]
Azərbaycanda Gömrük sistemində mövcud olan problemlər zaman-zaman medianın gündəmində olub. Hətta bu mövzu Səfər Mehdiyev quruma rəhbər təyin olunan vaxtdan gündəmdən düşməyib də deyə bilərik.
Mia.az Yenisabah.az-a istinadla bildirir ki, sonuncu olaraq xaricdən gətirilən mallara 300 dollarlıq limitin qoyulması böyük qalmaqala səbəb olub. Məsələ hələ də medianın və sosial şəbəkələrin müzakirəsindədir. Komitə isə qəraarın haqlı olduğunu “əsaslandırmaqda” davam edir…
Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı daha bir qalmaqallı xəbəri isə Meydan TV-nin rəhbəri Həbib Müntəzir yayıb. Jurnalistin yaydığı məlumatdan bəlli olur ki, bu dövlət qurumunun rəhbərliyinə S. Mehdiyev yalnız yaxınlarını və həmkəndlilərini toplayıb. O, Gömrük sədrinin kadr siyasətinin klan prinsipinə əsaslandığını qeyd edib.
İndi isə siyahını təqdim edirik.
Bir dövlət qurumunun rəhbərliyində eyni kənddən bu qədər yüksək vəzifəli şəxsin olması normaldırmı?
- Sədr: Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.
- Müavin: Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.
- Müavin: Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.
- Müavin: Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri
Digər struktur rəisləri:
- Daxili Təhlükəsizlik İdarəsi rəisi: Rəşad Zalov, 1980, Naxçıvan.
- İnzibati İdarəetmənin Təşkili idarəsi: Nüsrət Qurbanov, 1963, Naxçıvan.
- Xarici Əlaqələr İdarəsi rəisi: Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.
- Hüquqi təminat şöbəsi rəisi: Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.
- Mətbuat Xidmətinin rəisi Natiq Axundov, 1977, Naxçıvan şəhəri.
- Katibliyin rəisi: Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.
- Avtomobil Nəqliyyat İdarəsi: Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.
- İnfrastrukturun İnkişafı İdarəsi: Qasımov Kamil, 1960, Babək, Çeşməbasar.
- Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi: Məsum Rəsulov, Naxçıvan, Babək, Nehrəm
- Gömrük Komitəsinin Akademiyasının rəisi: Qulu Novruzov, 1970, Naxçıvan, Babək, Nehrəm.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyində yaxın qohumların yüksək vəzifəyə təyin olunması qadağandır. Bu, bir neçə qanunda öz əksini tapıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi