Nazir Teymur Abdullayev barədə əmr verdi

img

05-11-2013 [17:22]


"Mən ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmışdım və kadr heyətinə keçməmişdim. Bundan əvvəl də ehtiyata buraxılmaq istəyim var idi. Bu dəfə isə raport yazmağı qətiləşdirdim və "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq maddəsinə uyğun olaraq tərxis olunmağımı xahiş etdim. Cənab nazir də bunu anlayışla qarşıladı və bu gün mənim ehtiyata buraxılmağım barədə əmr verdi”.

Bunu APA-ya eksklüziv açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev deyib.

T. Abdullayev bildirib ki, xidmət etdiyi müddətdə bir amalı olub – Ali Baş Komandanın ordu siyasətində qoyduğu strateji xəttə söykənib dövlətinə xidmət etmək: "Mən bu millətə, bu dövlətə xidmət etmişəm, bundan sonra da dövlətimə xidmət edəcəyəm. Nazirliyin Mətbuat Xidmətinin kollektivinə və bütün jurnalist dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Allah hamının işini avand eləsin”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA