Müdafiə nazirindən daha bir təyinat, Bakıdan Naxçıvan korpusuna qərargah rəisi göndərildi

img

05-11-2013 [15:22]


Azərbaycan Ordusunda daha bir təyinat olub. APA-nın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Bakıda yerləşən "N” saylı hərbi hissənin komandiri, polkovnik Hikmət Həsənov Naxçıvan korpusuna qərargah rəisi vəzifəsinə təyinat alıb.

Buna qədər Naxçıvan korpusunun qərargah rəisi vəzifəsində general-mayor Heydər Piriyev çalışıb. H.Piriyev Z.Həsənovun əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA