Səlim Müslümov 3 şöbə müdirini qovdu, nazir ƏƏSMN-nin ən gəlirli postunu boşaltdı

img

05-11-2013 [15:02]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr islahatları aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini, Tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri Saday Abdullayev işdən çıxarılıb. O, tibbi-sosial ekspertizanın təşkili və əlillərin sosial təminatı sahəsində işində yol verdiyi nöqsanlara görə işdən azad edilib.

Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri və müdir müavini, o cümlədən İqtisadiyyat şöbəsinin müdiri də tutduqları vəzifədən kənarlaşdırılıblar. Nazirlikdə işdən çıxarılanların yerinə hələ ki, yeni təyinatlar aparılmayıb(apa).


Qeyd edək ki, işdən uzaqlaşdırılan Saday Abdullayevin tutduğu post nazirliyin ən gəlirli və narazılıq yaradan postlarından idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA