Türk həkim: “Koronavirusa qarşı vaksin oktyabr ayının sonu təqdim ediləcək”

img

10-09-2020 [12:58]


“Koronavirusa qarşı “BNT162” vaksinin təkmilləşdirilməsi ilə bağlı işlər başa çatmaq üzrədir, oktyabr ayının sonu, noyabrın əvvəlində təqdim ediləcək”.

Bunu Almaniyada yerləşən “BioNTech”in qurucusunun ortağı professor, doktor Uğur Şahin ABŞ-ın CNN TV telekanalına müsahibəsində bildirib.

Türkiyədən olan həkim vaksinin ABŞ-ın tanınmış “Pfizer” dərman preparatı istehsal edən şirkəti ilə birlikdə hazırladıqlarını vurğulayıb. Onun sözlərinə görə, ilin sonuna qədər vaksini 100 milyon vahid dozaya, 2021-ci ildə isə 1,3 milyard dozaya çatdırmaq planlaşdırılıb.

U.Şahin 1965-ci il sentyabrın 19-da Türkiyənin İskenderun şəhərində anadan olub. 4 yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya köçüb. Ailəsi Kölndə “Ford” avtomobil zavodunda işləməyə başlayıb. O, Köln Universitetini bitirib və Hamburq Saar Universitetində fəaliyyətə başlayıb. Xərçəng xəstəliyinə qarşı araşdırmaları ilə tanınıb. Xərçəngli hüceyrə ilə sağlam hüceyrəni bir-birindən ayıraraq xəstə hüceyrəni məhv edən vaksini inkişaf etdirib. Süd vəzisi, yoğun bağırsaq, ağciyər, mədəaltı və prostat vəzilərin xərçəngdən müalicəsi sahəsində işlərini davam etdirir.

U.Şahinin ortağı olduğu şirkətin dəyəri 3 milyard avro təxmin edilir. Vaksin kəşf edilərsə, şirkətin dəyərinin bir neçə dəfə artacağı gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA