Səfirlik Rusiyada saxlanılan 11 azərbaycanlı ilə bağlı məlumat yayıb
10-09-2020 [11:29]
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda cari ilin 15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində 10 nəfər və 23-24 iyul tarixlərində Moskva şəhərindəki məlum iğtişaşlar zamanı 11 nəfər Azərbaycan Respublikasının vətəndaşının Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı vurğulanıb:
"Həmvətənlərimizin vəziyyəti ilk gündən Səfirlik tərəfindən müşahidə olunmuş, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları ilə mütəmadi təmaslar qurulmuş və Səfirliyin səlahiyyətləri çərçivəsində lazımi addımlar atılıb.
Səfirliyin müşaviri, konsul Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Moskva şəhər Baş Polis İdarəsinin Cənub-Şərq İnzibati dairəsi üzrə idarəsinin müstəntiqi, ədliyyə leytenantı A.Pavlovla görüşmüşlər. Söhbət əsnasında o bildirmişdir ki, hal-hazırda istintaq davam edir.
Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin adları qeyd olunan əməkdaşları Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 7 nömrəli İstintaq Təcridxanasında olan Pərviz Həmidov (Rusiya vətəndaşı), Murtuzəli Zahidov və Bəhruz Vəliyevlə görüşüblər. Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 və 2 nömrəli İstintaq Təcridxanalarında saxlanılan digər 8 nəfər vətəndaşımızla da görüşün təşkil edilməsi üçün aidiyyəti üzrə müraciətlər edilib.
2-3 sentyabr 2020-ci il tarixlərində Toğrul Sadıqov və Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar.
Burada onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər. Digər 3 nəfər barədə isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Keçirilmiş bütün görüşlər zamanı vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar.
Səfirliyin əməkdaşları tərəfindən məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.
Sonra Toğrul Sadıqov və Müsənnif Dadaşov Məhərrəmkənd rayonunun icra başçısı Fərid Əhmədovla görüş keçiriblər. Onlar Dərbəndlə sərhəddəki Qullar ərazisində salınmış çadır şəhərciyinə gedərək buradakı şəraitlə tanış olublar.
Fərid Əhmədov çadır şəhərciyində yerləşən və Qullar kəndi ərazisində evlərdə yaşayan vətəndaşlarımızın sayı, onların vəziyyəti haqqında ətraflı məlumat verib.
Bu ağır dönəmdə sərhəddəki həmvətənlərimizə göstərdikləri yardım və dəstəyə görə Fərid Əhmədova və Dağıstan hökumətinə dərin minnətdarlıq bildirilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi