İcra başçısının qanunsuz göstərişi icra nümayəndəsi ilə vətəndaşı düşmən edib
09-09-2020 [16:41]
Bərdə Rayon İcra Hakimiyyəti başçısının qanunsuz göstərişi icra nümayəndəsi ilə vətəndaşı düşmən edib. Torpaq sahəsi üstündə illərdir davam edən məhkəmə çəkişmələri, mübahisələr səngimir. İcra hakimiyyəti isə məsələnin həllində maraqlı deyil.
10 ilə yaxındır, Bərdə rayon Mustafaağalı kənd sakini İsrayil Muradovu tikdirdiyi obyektdən çıxarmaq istəyirlər. Bu barədə kəndin icra nümayəndəsi Qəhrəman Zeynalov iddia ilə məhkəməyə müraciət edib.
Məhkəmə çəkişməsi və illərdir davam edən mübahisə İsrayil Muradova məxsus qəssabxananın sökülməsi ilə başlayıb. Belə ki, 2011-ci ildə kəndə avtomobil yolu çəkilən zaman İsrayil Muradova məxsus qəssabxana sökülüb. Səbəb isə obyektin baxımsız, səliqəsiz olması olub. Amma İsrayil Muradova məxsus torpaq sahəsi indi də boşdur. Rəsmi sənədlərlə də onun adınadır. Ailə dolanışığı yalnız bu qəssabxanadan olan İsrayil Muradov çıxış yolu üçün icra başçısına müraciət etmək istəyib. Yol çəkilişləri davam edən zaman İsrayil Muradovun anası ərazidən keçən icra başçısı Vidadi İsayevə yaxınlaşıb. Bildirib ki, onlara yeni qəssabxana tikmələri üçün torpaq sahəsi verilsin.
Vidadi İsayev kəndin icra nümayəndəsi olan Qəhrəman Zeynalovu yanına çağıraraq yaxınlıqdakı torpaq sahəsinin İsrayil Muradovun anasına verilməsini tapşırıb.
İşin maraqlı tərəfi budur ki, həmin torpaq sahəsi elə Qəhrəman Zeynalova məxsus olub. Qəhrəman Zeynalov da icra başçısının sözünü yerə sala bilməyib və razılaşıb. Həmin müddətdən etibarən İsrayil Muradov orada qəssabxana tikir və bu günə qədər də işlədir. 2016-cı ildən isə torpaq sahəsi üstündə çəkişmələr başlayıb. Qəhrəman Zeynalov məhkəməyə iddia ilə müraciət edib. İddiasında göstərib ki, İsrayil Muradova məxsus torpaq sahəsi ona verilməlidir. Amma İsrayil Muradov bununla razılaşmır. Deyir ki, köhnə torpaq sahəsi özünə məxsusdur. İcra başçısı isə Qəhrəman Zeynalova məxsus torpaq sahəsini onun anasına verib.
Bərdə Rayon Məhkəməsində 2016-cı ildə hakim Ağarza Səmədovun sədrliyi ilə bu mübahisəli məsələ araşdırılıb. Məhkəmə belə qənaətə gəlib ki, Qəhrəman Zeynalovun İsrayil Muradovun torpaq sahəsindən çıxarılması ilə bağlı iddiası rədd edilməlidir. Qərarda göstərilib ki, Qəhrəman Zeynalov 2001-ci ildə torpaq sahəsini Qabil Novruzov adlı şəxsdən alıb. Amma torpaq sahəsinə dair torpaq kadastr planı və daha sonra isə dövlət reyestr xidmətindən çıxarış almayıb.
Məhkəmə belə qənaətə gəlib ki, iddiaçı tərəf torpaq sahəsinin ona məxsus olduğunu heç bir rəsmi sənədlə sübut edə bilmir. Buna görə də iddia tələbi əsassız hesab olunub və rədd edilib.
İsrayıl Muradov anasına verilən torpaq sahəsində qəssabxana tikib, 10 ilə yaxındır çalışsa da, oranı sənədləşdirə bilmir. Deyir ki, icra başçısının onlara verdiyi torpaq sahəsini sənədləşdirməyə heç bir rəsmi qurum yaxına durmur. Hansı dövlət idarəsinə müraciət etsə, həll edən olmur. İsrayıl Muradov səbəb olaraq isə göstərir ki, Qəhrəman Zeynalovun icra nümayəndəsi olmasına görə rayondakı idarələr onun müraciətinə baxmır. İsrayıl Muradov icra başçısının da qəbulunda olub. İcra başçısı isə deyib ki, bu məsələni öz aranızda həll edin.
Problem isə məhz buradan başlayır. Çünki Qəhrəman Zeynalovun torpağını İsrayıl Muradova icra başçısı verib. Axı icra başçısında bu səlahiyyət haradandır
Əslində, problemin bu mərhələyə qədər olan səbəblərində nə Qəhrəman Zeynalov, nə də İsrayıl Muradov günahkardır. Tək günahkar elə icra başçısıdır.
Amma məhkəmə prosesləri davam edən ərəfədə Qəhrəman Zeynalovun da suallar yaradan bir əməli ortaya çıxıb. Məlum olub ki, 2016-cı ildə özünə məxsus torpaq sahəsinə çıxarışı olmayan Qəhrəman Zeynalov indi rəsmi sənəd əldə edib. O da maraqlıdır ki, torpaq sahəsi başqasının istifadəsində olduğu halda Qəhrəman Zeynalov həmin torpağa çıxarışı necə alıb?
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Əvvəlcə icra başçısının köməkçisi Anar Hətəmovla danışdıq. O bu haqda açıqlama vermək istəmədi. Sonra isə icra başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya ilə danışdıq. Fəqət xanım bizi dinlədi, amma bildirdi ki, bu haqda məlumatı icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən ala bilərik.
Şöbənin böyük məsləhətçisi Bəxtiyar Abdıyev Musavat.com-a açıqlamasında mövzudan xəbərdar olduqlarını bildirdi. Dedi ki, məsələ çox qarışıq və mübahisəlidir. Məsələnin həll yolu isə tərəflər arasında razılıq əsasında ola bilər. Bəxtiyar Abdıyev söyləyib ki, hər iki tərəflə görüşüb və danışıqlar olub. Amma məsələ bu gün də öz həllini tapmayıb. Onun sözlərinə görə, Qəhrəman Zeynalov və İsrayil Muradov yenidən dəvət ediləcək və danışıqlar aparılacaq.
Məsələ ilə bağlı İcra başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, qalmaqalda adı keçən Qəhrəman Zeynalovla da əlaqə saxladıq.
Q.Zeynalov isə bildirdi ki, mübahisənin günahkarı İsrayıl Muradovdur.
İcra nümayəndəsi iddia edir ki, İsrayıl Muradov onun torpaq sahəsini qaytarmır: “Onlar torpaq sahəsi istəyəndə icra başçısı mənə dedi ki, öz yerimi onlara verim. Amma qarşılığında onlar da öz kiçik yerlərini mənə verməli idilər. Amma bununla razılaşmadılar. Kənddə hamı bir-birini tanıyır. Hamı da bilir ki, həmin torpaq sahəsi mənim olub. Mən 24 kvadratmetr yerimi onlara verdim. Amma 12 kvadratmetr yeri mənə vermək istəmirlər”.
Q.Zeynalov məhkəmə çəkişməsinin indi də olduğunu təsdiqləyib. İsrayıl Muradov isə Qəhrəman Zeynalovu qanunsuz əməllərdə suçlayır. Deyir ki, 2016-cı ildə mübahisəli torpaq sahəsi üçün Qəhrəman Zeynalovda çıxarış olmayıb. Əgər olsaydı, məhkəməyə təqdim edərdi. Məhkəmə qətnaməsində göstərilir ki, Qəhrəman Zeynalov torpaq sahəsi ilə bağlı heç bir rəsmi sənəd ortaya qoya bilməyib.
Şikayətçi İsrayıl Muradov bildirir ki, icra nümayəndəsi olan Qəhrəman Zeynalov 2018-ci ildə çıxarışı qanunsuz yollarla alıb:
“Bununla bağlı Baş prokurorluğa müraciət edəcəm. İcra başçısının mənə verdiyi torpağa 10 ilə yaxındır sənəd ala bilmirəm. Mənim həmin torpaq sahəsində tikilim, qəssabxanam olduğu halda Qəhrəman Zeynalov rəsmi çıxarışı necə alıb? Yəqin ki, burada qanunsuzluqdan söhbət gedir və Baş prokurorluq da bunu araşdıracaq”. / Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi