Zakir Həsənovun müavini istefa verdi, Naxçıvandan gətirilən general rəis oldu

img

05-11-2013 [12:28]


General-mayor Heydər Priyev yenidən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə rəis vəzifəsinə təyin edilib. 

Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Facebook-da məlumat verib:

"General-mayor Heydər Priyev yenidən məktəbə rəis vəzifəsinə təyin edildi. Heydər Priyev çox təcrübəli və vicdanlı generallarımızdan biridir. O bu vəzifəyə Naxçıvan Hərbi Birləşməsinin Qərargah rəisi vəzifəsindən təyin edilib.

Xatırladim ki, bundan əvvəl də o bu vəzifədə xidmət keçirdi. Məktəbin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifov isə vəzifəsindən azad edilib. Təbrik edirik daha bir uğurlu təyinat vasitəsiylə gələcək zabitlərimizi. Basqa təyinatlar da var...".

Bu arada müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazıb. 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir.

Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA