Səfər Əbiyevlə bağlı sensassion xəbərin arxasından məşhur iş adamı çıxdı - VİDEO

img

05-11-2013 [12:22]



Sosial şəbəkələrdə keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun noyabrın 3-də "Buta palace”da keçirilən toy mərasimindən çəkildiyi güman edilən videokadrlar yerləşdirilib. 


Kadrlardan görünür ki, toy karvanında çox sayda bahalı "Mercedes -Benz G-Class Gelandewagen” maşını yer alıb. Paytaxt küçələrində nümayişkaranə şəkildə hərəkət edən toy karvanı müzakirələrə səbəb olub və S.Əbiyevin vəzifədən çıxarılmasından sonra da oğluna dəbdəbəli toy təşkil etməkdən çəkinməməsi kimi qiymətləndirilib.

Özü vəzifədən uzaqlaşdırıldıqdan sonra kadrları da nazirlikdən kənarlaşdırılan keçmiş nazirin vəziyyətinin heç də yaxşı olmadığı bir zamanda belə bir toy mərasiminin təşkili təəccüblə qarşılanıb.

Sabiq nazirin oğlunun toyunun hətta təxirə salınmasının belə gündəmdə gəldiyi, qonaqların sayının gözlənildiyindən az olduğu bir zamanda toy mərasimində birdən-birə 25 maşından ibarət toy karvanı təşkil edilməsini araşdıran AzNews.az maraqlı məlumatlar əldə edib.

AzNews.az-ın araşdırmasından məlum olub ki, toy karvanının sabiq nazirin oğlunun toy mərasimi ilə heç bir əlaqəsi yoxdur. Karvan "Buta palace”da yox, Bakının ən bahalı şadlıq saraylarından biri olan "Hollywood”da keçirilən mərasimində bəylə-gəlini müşayiət edib.
25 "Mercedes-Benz G-Class Gelandewagen” markalı maşın olub.

Toy sahibininn kimliyinə gəlincə, onun Salyan rayonundan olan məşhur iş adamı olduğu bildirilir.

Toyu öz ansamblının müşayiəti ilə müğənni Eldəniz Məmmədov idarə edib.

Toyun aparıcısı İlkin Həsənli AzNews.az əməkdaşı ilə söhbətində toyun kimə məxsus olduğunu açıqlamasa da, videokadrlar və şəkillərin məhz həmin mərasimdən çəkildiyini təsdiqləyib. Toyda çıxış edən müğənnilər
arasında Manana, Mənsum İbrahimov, Aşıq Əli, Niyaməddin Səlami, Nazənin olub.

Qeyd edək ki, toy karvanlarının paytaxtda tıxac yaratması, ətrafa narahatlıq verməsi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dəfələrlə kəskin tənqid edilsə də, budəfəki karvana polis müdaxiləsi olmayıb. Halbuki idarənin ictimaiyyətlə əlaqələr şöbəsindən bir müddət əvvəl verilən açıqlamada son vaxtlar bəy-gəlin cütlüyü avtomobilinin müşayiətində iştirak edən sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı məlumatlar daxil olduğu vurğulanırdı:

"Xəbərdarlıq edirik ki, paytaxt ərazisində quraşdırılmış kameraların köməyi ilə toy karvanlarında iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq qaydaları pozanlar barəsində müvafiq cəza tədbirləri görüləcək".

 Görünür, "Gelandewagenlərin” parıltıları Dövlət Yol Polisi İdarəsinin məhsul şəxslərin gözünü çox qamaşdırıb:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA