Təhsil müəssisələrində illik planlaşdırmalara dair metodiki göstərişlər hazırlanıb
08-09-2020 [18:49]
Ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilini və tənzimlənməsini təmin etmək məqsədilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmaların hazırlanmasına dair metodiki göstərişlər” hazırlanıb.
Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumi təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.
Metodiki göstərişlərdə qeyd edilib ki, təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində sinif otağında sosial məsafənin (1,5 m) gözlənilməsi məqsədilə siniflər yarımqruplara bölünür. Təlimin təşkilinin planlaşdırılmasında bildirilib ki, müəllim dərs ilinin əvvəlində illik planlaşdırmada ötən tədris ilindəki məzmunu, xüsusilə mart-iyun aylarında distant şəkildə tədris olunan məzmunu təkrarlamaq üçün müvafiq saatlar ayırır. Bu zaman müəllim üçün metodik vəsaitdə verilmiş istiqamətverici illik planlaşdırma nümunələrinə istinadən tədris planında nəzərdə tutulmuş dərs saatlarını saxlayır. V-XI siniflərdə təbiət-riyaziyyat fənlərinin (riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya) 4-5 saat; humanitar fənlərin hər birinə (Azərbaycan dili, ədəbiyyat, tarix və s.) isə 2-3 saat təkrarın verilməsi nəzərdə tutulur.
I siniflərdə Azərbaycan dili, riyaziyyat fənlərinin dərs saatı hesabına 2 həftə məktəbəhazırlıq mərhələsində keçirilmiş məşğələlərin, II-IV siniflərdə isə Azərbaycan dili və riyaziyyat fənlərindən 4-5 saat təkrarın verilməsi nəzərdə tutulur. Tədris ilinin əvvəlində təkrar dərslərin cari ilin mart-iyun aylarında tədris olunmuş mövzular əsasında keçirilməsi mütləq nəzərə alınmalıdır. İllik (yarımillik) planlaşdırma tərtib edilərkən ibtidai siniflərdə yaxın mövzular birləşdilir. Mövzuların birləşdirilməsi Pedoqoji şuranın və ya metodbirləşmənin qərarı ilə rəsmiləşdirilir. V-XI siniflərdə ümumiləşdirici və təkrar dərslərə ayrılan saatlar ixtisar edilir.
Fənlər üzrə həftəlik dərs saatlarının əyani və ya distant (məsafədən) formada bölgüsü xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına əsasən aparılır. Yeni dərsin, bölmənin ilk 15 dəqiqəsi diaqnostik qiymətləndirməyə ayrılır. İllik (yarımillik) planlaşdırma tərtib edilərkən dərslərin tədris planında göstərilmiş saata uyğun əyani və distant keçirilməsi nəzərə alınır. Lisey və gimnaziyaların tədris planlarına Pedoqoji şuranın qərarı ilə müvafiq dəyişikliklər edilə bilər. Dərslikdəki mövzu və tapşırıqların əyani və ya distant tədris olunması məsələsi metodbirləşmənin müzakirəsinə çıxarılaraq kollegial qərar qəbul edilir. Əyani dərslərin müddəti 45 dəqiqə, distant dərslərin müddəti isə 30 dəqiqəyə qədər planlaşdırılır/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi