Ramiz Mehdiyev, Əli Həsənovun qudası, sabiq nazir və deputatlar... - Onlar Əfv komissiyasının üzvlüyündən çıxarıldı + SİYAH

img

08-09-2020 [17:38]


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmana əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.

İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi. Onunla yanaşı, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri),  Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Uktaynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisinin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllimi) Komissiyanın tərkibindən çıxarılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA