Hansı universitetlərdə plan yerləri artıb? - SİYAHI

img

08-09-2020 [16:07]


“Ötən illə müqayisədə bu il üçün I qrup üzrə 299 plan yeri (1,96%) azalıb”.

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu göstərici II qrupda 381 yer azalma ilə (2,69%), III qrupda 1 015 yer artımla (9%), IV qrupda 390 yer artımla (10,5%), V qrupda isə 133 yer artımı (3,71%) ilə müşahidə olunub: “Builki plan yerlərinin sayında ötən illə müqayisədə 1,79% artıb ki, bu da ümumilikdə 858 yer təşkil edir”.

M.Abbaszadə əlavə edib ki, bu il həmçinin müəyyən universitetlərdə plan yerləri kəskin artıb: “Misal olaraq, Azərbaycan Tibb Universitetində bu il 785 yer artıq verilib. Hətta orada bu il yeni ixtisaslar da açılıb. Plan yerlərindəki artım Xəzər Universitetində 18%, Bakı Biznes Universitetində 28%-dir. Dövlət sifarişli yerlərin sayı isə bu il üçün 8% artıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA