Şirvanda camaatı ayağa qaldıran bazar müdiri danışdı

img

05-11-2013 [11:44]



Sahibkarları etiraz aksiyasına qalxdığı "Şirvan" ticarət mərkəzinin müdüri Hacı Əvəzağa Həsənov danışıb. Ə.Həsənov sia.az-a deyib ki, bazarda işləyən ticarətçilərə qiymətlərin artırılması ilə bağlı yanlış məlumat verilib: "Biz tərəfdən ticarətçilərə yer pulunun qaldırılması haqda heç bir təklif və yaxud tələb olmayıb. Bəzi insanlar süni şəkildə bazarın fəailiyyətinə və imicinə xələl gətirmək istəyirlər. Bu gün səhər həmin ticarətçilərdən 10 nəfərini qəbul etdim və onlara yanlış məlumat verildiyini diqqətlərinə çatdırdım. Mərkəzdə hazırda vəziyyət normaldır və hər kəs öz işi ilə məşğuldur. Yayılan məlumatlar tam əsasızdır. Burada çalışan insanlar illərdir ki, ailə kimi bir yerdə mehribanlıqla işləyir və ailəsinə çörək pulu qazanırlar. Kimsə buradakı abu-havanı korlamağa müvəffəq ola bilməyəcək”.

Qeyd edək ki, noyabrın 4-də "Şirvan" ticarət mərkəzində ticarətlə məşğul olan kiçik sahibkarların yer pullarının qaldırılmasına qarşı etiraz aksiyası keçirib. Bu barədə dünən musavat.com-da müvafiq xəbər, fotolar və videkadrlar yerləşdirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA