Mexaniki sayğaclarda göstəricilərə necə nəzarət ediləcək? - Yeni qayda tətbiq olunur
08-09-2020 [11:03]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının idarə edilməsində işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır.
“Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, hazırda həm istismar müddəti başa çatan, həm də dövri yoxlama müddəti yaxınlaşan (əhali abonent qrupu üçün 5 ildən bir) sayğaclar smart-kart tipli və ya mexaniki-elektron tipli olmasından asılı olmayaraq, bəzi istisnalar edilməklə əksər hallarda mexaniki-elektron tipli sayğaclarla əvəzlənir.
Quraşdırılan bu sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclara əlavə onlayn nəzarət qurğuları yerləşdirilsin. Radio dalğa ötürücüləri ilə çalışan qurğular imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki-elektron tipli sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada qurğunun qeydiyyatına düşür. Bu qurğuların bir neçə modeli mövcuddur. Onlardan bəziləri fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki-elektron tipli sayğacının klapanının bağlanmasına da şərait yaradır.
Beləliklə, çox sayda işçi sayğac göstəricilərinin oxunmasına cəlb edilməyəcək, onlar digər mühüm işlərdə səmərəli istifadə olunacaq. Eyni zamanda nəzərə alsaq ki, çoxmərtəbəli binalarda da smart-kart tipli sayğaclar dövri yoxlanış müddəti bitdiyi zamanı mexaniki-elektron tipli sayğaclarla əvəz edilə bilər, bu halda da, abonentin hər dəfə qapısı döyülərək narahat edilməsi minimuma enəcək.
Başqa bir halda, onlayn nəzarət qurğuları mexaniki-elektron tipli sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Bununla da güzəştli limit həddinin hesablanması ilə bağlı hər yeni ilin yanvar ayının birinci on günlüyündə oxunma aparıldığı üçün abonentlərin narazılığına son qoyula bilər. Yəni, limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki-elektron tipli sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.
Hazırda müvafiq sənədləşmə işləri aparılır və bu qurğuların istehsalçı şirkətləri ilə danışıqlara başlanılıb. İlkin mərhələdə yeni qurğuların Mənzil Tikinti Kooperativlərinin inşa etdiyi çoxmərtəbəli binalarda sınaqdan keçirilməsi planlaşdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi