“Bu, heç də son pandemiya olmayacaq" - ÜST-dən xəbərdarlıq

img

07-09-2020 [19:22]


Dünya daha bir pandemiyaya daha yaxşı hazırlaşmalıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, dünya hökumətlərini ictimai səhiyyə sahəsinə sərmayə qoymağa çağırıb.

“Bu, heç də son pandemiya olmayacaq. Epidemiyaların, pandemiyaların həyatımızın bir parçası olduğunu tarix bizə öyrədir. Lakin daha bir pandemiya gəlsə, dünya hazır olmalıdır, yəni indikindən daha yaxşı hazır olmalıdır”.

Qeyd edək ki, koronavirus pandemiyasına yoluxanların ümumi sayı 27,19 milyona çatıb ki, bunlardan 888 326 nəfəri dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA