PA rəsmisi: "Ermənistanın geniş miqyasda silahlanması davam edir”

img

07-09-2020 [18:11]


“Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Ermənistanın geniş miqyasda silahlanması davam edir: “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qənamənin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA