Spiker: "Harada Türkiyə varsa, Azərbaycan da oradadır, harada Azərbaycan varsa, Türkiyə də var"
05-09-2020 [20:27]
“Tarixin qlobal və regional baxımdan böyük dəyişikliklərin yaşandığı bir dönəmindən keçirik. İnanırıq ki, bu proses Türkiyə ilə Azərbaycanın gücünü, birliyini artıracaq. Ortaya çıxan problemin həllində bu birliyin müsbət nəticələrinin davamı olacaq”.
Bunu Türkiyə Parlamentinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı fikirlərini APA-nın yerli bürosuna şərh edərkən deyib.
Hər iki ölkəni birgə qərarlarında haqlı hesab etdiyini bildirən TBMM sədri Türkiyənin beynəlxalq hüquq çərçivəsində Şərq Aralıq dənizindəki təhlükəsizliyini və mənafeyini qorumaq üçün irəli yürütdüyü siyasətə dəstək verən ölkələrdən birincisinin Azərbaycan olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə problemlərinin həllində də qətiyyətlidir. Fərqliliyimiz və qərarlılığımız əsasında həmrəyliyimiz gün-gündən artmaqdadır və daha da artacağına əminəm”.
M. Şəntop deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Bakıdakı yeni səfiri Nikolaos Piperigosu qəbul edərkən səsləndirdiyi dəyərli fikirlər bu kontekstdə böyük əhəmiyyətə malikdir: “Cənab İlham Əliyev Azərbaycan və Türkiyənin yalnız dost və tərəfdaş deyil, qardaş və ortaq taleyi bölüşdüklərini qısa, konkret və məzmunlu şəkildə ifadə etdi. Cənab İlham Əliyevə çox təşəkkür edirəm. Türkiyə heç vaxt Azərbaycanın dəstəyinə şübhə etmir”.
M. Şəntop TBMM sədri olaraq parlament səviyyəsində də bu mühüm və uğurlu əməkdaşlığın nəticələrini müşahidə etdiyini bildirib: “Parlamentarilərimiz də bu fikrin tərəfdarıdır: Harada Türkiyə varsa, Azərbaycan da oradadır, harada Azərbaycan varsa, Türkiyə də var. Hər hansı bir yerdə bu iki qardaş ölkədən birinin təmsil olunması kifayətdir, çünki birinin mənafeyi digərinin əmanətidir”.
TBMM sədri onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında mövcud olan ənənəyə görə, Azərbaycan Parlament sədrinin xaricə ilk səfəri qardaş ölkəyə olacaq: “Bir millət, iki dövlət şüarı əsasında yaranmış münasibətlərimizdə və əməkdaşlığımızda əldə etdiyimiz sürəti, qurduğumuz yüksək səviyyəli təmaslarla daim qoruyacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi