İCRA BAŞÇISI İLƏ QURBAN MƏMMƏDOVUN İŞBİRLİYİ HAQDA İDDİA: "O, Nurlan Həsənovla sövdələşməyə gedir, daha sonra Abdin Fərzəliyev..."
04-09-2020 [18:15]
Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar əldə etmişik.
Mia.az “Qafqazinfo.az”a istinadla xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
Belə ki, 2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb.
Onunla bu məsələdə sövdələşməni Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov və FHN-in Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin idarə rəisinin müavini İbrahim Hüseynov aparıblar.
Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
![]()
Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm Həştərxana, həm də Moskvaya qeyri-rəsmi məxfi səfər ediblər. Qeyd olunur ki, orada gizlin danışıqlar aparıblar. Elkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar.
Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295.5 kvadrat metr ərazi əldə edib.

Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.
Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik:

1. M.Nağıyev küçəsi 4A ünvanında 190 kv metr qeyri yaşayış sahəsi. Onun öz adınadır.
2. Həmin küçədə 4/6 ünvanda 184 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır. Wellmax şirkətinə kirayə verib.
3. Həmin ünvanda 193 kvadrat metr sahəsi olan mənzil onun arvadı Mehbarə Məmmədovanın adınadır.
4. Həmin ünvanda 193 kvadrat metr mənzil qızı Turan Haqverdiyevanın adınadır.
5. Həmin ünvanda 143 kvadrat metr qeyri-yaşayış sahəsi qızı Günel Məmmədovanın adınadır.
6. Q.Məmmədovun Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi vardır. Ümumi sahəsi 1 hektardır.
7. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanda fərdi yaşayış evi Q.Məmmədovun adınadır.
8. Xocəsən qəsəbəsi F.Ağazadə küçəsi 2 fərdi yaşayış evi qızı Turan Haqverdiyevanın adınadır.
9. Nərimanov rayonu Daşkarxanası küçəsi 163 B ünvanı fərdi yaşayış evi oğlu Elnur Məmmədovun adınadır.
10. Şəki şəhəri R.Kazımov küçəsi 23 saylı fərdi yaşayış evi qızı Günel Məmmədovanın adınadır.
11. Biləcəri qəsəbəsi E.Hüseynov küçəsi 56 mənzil 4 ünvanında əmlak arvadı Mehbarə Məmmədovanın adınadır.
12. Məmmədli kəndi Zabrat-Kürdəxanı qolunun qərb hissəsində 2 saylı binada 42 nömrəli mənzil oğlu Elnur Məmmədovun adınadır.
13. Nərimanov rayonu Ə.Əliyev küçəsi 7A saylı binada 32 nömrəli mənzil qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
14. Nizami rayonu B.Nuriyev küçəsi 27, mənzil 82 qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdiririk.
Bütün bu faktlar onu göstərir ki, Qurban Məmmədov Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti və var dövləti əldə edə bilməzdi. Əli Həsənov Qurban Məmmədovu maliyyələşdirib və onun söyüş kampaniyasının arxasında durub.
Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır/https://qafqazinfo.az/news/detail/qurban-memmedova-bexsis-edilen-mulklerin-siyahisi-297390
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi