04-11-2013 [16:07]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində ölkə daxilində və xaricində Azərbaycanla bağlı baş verən bir sıra aktual ictimai-siyasi hadisələr əsas müzakirə predmeti olub.
İdarə Heyəti bir sıra nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda keçirilən 09 oktyabr 2013-cü il prezident seçkiləri ilə bağlı tənqidi mövqelərindən dolayı həmin beynəlxalq qurumlara qarşı Azərbaycan hamkimiyyət rəsmilərinin yersiz hücumlarına və həmin qurumlarda, o cümlədən AvroNest PA-da Azərbaycanın təmsilçiliyinin dayandırılacağı ilə bağlı verilən bəyanatlara münasibət bildirib. İdarə Heyəti hesab edir ki, Azərbaycan hakimiyyəti beynəlxalq qurumları şantaj siyasətindən əl çəkməli, hakimiyyət maraqlarından deyil, Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqlarından çıxış edərək, beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli və ölkənin Avropa məkanına inteqrasiyası istiqamətində ciddi addımlar atmalıdır.
İdarə Heyəti ötən həftə Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandiri polkovnik Andrey Ruzinskinin "Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək” bəyanatına münasibət bildirib. İdarə Heyəti bu bəyanatın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, beynəlxalq hüquq normalarının prinsipləri ilə ziddiyyət təşkil etdiyini, Rusiyanın ATƏT-in Minsk qrupundakı həmsədrlik missiyası ilə bir araya sığmadığını bildirib, eyni zamanda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid xarakteri daşıyan bu bəyanatın Azərbaycan ərazilərinin işğal olunmasının və bu günə kimi işğalda saxlanılmasının arxasında Rusiyanın dayandığının bir daha sübutu kimi qiymətləndirib.
İdarə Heyəti Rusiyada son vaxtlar azərbaycanlılara qarşı müşahidə olunan ögey münasibətin kütləvi olaraq zorakı müstəviyə keçməsindən bir daha narahatçılığını ifadə edib. İdarə Heyəti Rusiyanı insan hüquq və azadlıqları ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalara hörmət etməyə, eyni zamanda Azərbaycan hakimiyyətini Rusiyada yaşayan öz vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması ilə bağlı ciddi addımlar atmağa çağırıb. İdarə Heyəti istər rus hərbiçisinin bəyanatını, istərsə də Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqların arxasında siyasi məqsədlərin dayandığını bildirib.
İdarə Heyəti tanınmış ilahiyyatçı alim Taleh Bağırovun 2 il müddətinə azadlıqdan məhrum edilməsinin əsasında hüquqi deyil, siyasi motivlərin durduğunu və bu şəxsin siyasi məhbus olduğunu bildirib. İdarə Heyəti bu gün məhkəməsi başlayan Müsavat Partiyasının başqanının müavini, "Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun və REAL Hərəkatının sədri İlqar Məmmədovun və məhkəmə prosesi gedən tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun da potensial siyasi məhbus olduqlarını bildirib, eyni zamanda Azərbaycan hakimiyyətini adları qeyd olunan şəxsləri və bütün siyasi məhbusları ölkədə vətəndaş sülhünə nail olunması naminə dərhal azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti son vaxtlar Bakıda başlayan tələbə etirazlarına da münasibət bildirib. İdarə Heyəti hesab edib ki, tələbələrin qaldırdığı problemlər haqlıdır, bu baxımdan bu narazılıqlar hansısa inzibati amillərlə deyil, ölkədə ciddi təhsil islahatları aparılmaqla həll olunmalıdır.
İdarə Heyəti prezident seçkilərindən sonra hakimiyyət orqanlarının öz opponentlərinə qarşı qisasçılıq rotorikası və hərəkətləri ilə bağlı məsələlərə də toxunub. Prezident seçkilərində Milli Şuranın vahid namizədi olmuş Cəmil Həsənliyə qarşı təzyiqlər və "Qanun” Nəşrlər Evində baş verənlər vergi yoxlamalarının siyasi motivli olduğunu bildirən İdarə Heyəti Azərbaycan hakimiyyətini bu cür qanunsuz əməllərdən çəkinməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi