04-11-2013 [15:59]
Gələn il Azərbaycan ərazisində 5,8-6,5 bal gücündə zəlzələ baş verəcəyi proqnozlaşdırılır. Bu proqnoz Qlobal Zəlzələ Proqnozu Proqramının 2014-cü il təxminlərində öz əksini tapıb.
Proqnozlarda gələn il dünyanın 12 bölgəsində güclü zəlzələlərin baş verə biləcəyi ehtimalı irəli sürülür, bu ölkələr sırasında İrandan sonra ikinci yeri Azərbaycan tutur. Gələn ilin proqnozlarına görə, İranın şimalında güclü zəlzələ baş verməsi ehtimalı çox böyükdür. Bu ölkənin şimalında, Azərbaycan sərhədlərində 6,3 – 7 bal gücündə zəlzələ proqnozlaşdırılır. Zəlzələ təhlükəsi böyük olan ölkələr sırasında Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu iki ölkədə baş verən zəlzələlər arasında əlaqə olduğunu bildirir. Azərbaycanda 5,8-6,5 bal gücündə zəlzələnin gələn ilin ilk yarısında ənənəvi zəlzələ episentrlərində baş verəcəyi ehtimal edilir. Türkmənistanda isə gələn ilin iyununda, yaxud ilin son rübündə 5,5-7 bal gücündə yeraltı təkanlar baş verəcəyi güman olunur. Hesabatda 2014-cü ildə Mərkəzi Asiya respublikalarında, Çində, Gürcüstanın şimalındakı dağlıq ərazilərdə, Ermənistanda, Pakistan, Hindistan və Rusiyada da güclü zəlzələlərlə bağlı proqnozlar öz əksini tapıb. Reytinq proqnozlara yalnız güclü zəlzələ ehtimalları daxil edilib, orta güclü və kiçik zəlzələlər nəzərə alınmayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bu proqnozlarla razılaşmır. O, APA TV-yə Azərbaycanda ildə 7-8 min müxtəlif ölçülü zəlzələlərin baş verdiyini deyib: "O proqnozu irəli sürənlər nağıl danışırlar. Proqnoz əsaslandırılmalı, onun elmi-nəzəri cəhətdən metodikası, izahı olmalıdır. Yeri olmalıdır, vaxtı olmalıdır, gücü olmalıdır. Olanda deyəcək ki, oldu, olmayanda isə heç yada düşməyəcək”.
Qurban Yetirmişi ənənəvi zəlzələ ocaqları fikrini də qəbul etmir: "Ənənəvi ocaqlar hansıdır? Azərbaycanda 120-dən çox zəlzələ ocağı var. Ənənəvi zəlzələ ocaqları bütün Azərbaycanı əhatə edir. Azərbaycanda ötən il 5.6-5.7 maqnitudada zəlzələ olub. Bu proqnozun özünü doğrultması üçün milləti hansı dağın başına çıxaraq və neçə ay gözləyək?”
Qurban Yetirmişlinin sözlərinə görə, tam dəqiqliklə zəlzələ proqnozu vermək mümkün deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi