Mikayıl Cabbarov: "Azərbaycanda məcburi təhsil müddəti 10 il olacaq"

img

04-11-2013 [14:22]


"12 illik təhsil dünyanın aparıcı təhsil sisteminə malik olan ölkələrində tətbiq edilir".

Bunu  təhsil naziri Mikayıl Cabbarova jurnalistlərə açıqlamasında bildirib. 

Nazirin dediyinə görə, 12 illik təhsil sisteminin hazırkı təhsil sistemindən əsas fərqi məcburi təhsil alma müddətinin 10 il olması ilə bağlıdır:

"Təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır. Bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Belə ki, əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçirilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq.

Bu da ali təhsil alma müddətində tələbələrə məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək üçün müvafiq ixtisas fənlərini seçərək püxtələşmələrinə imkan verəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA