İcra başçısından prezidentə şikayət edildi

img

04-11-2013 [13:19]



Nəsimi rayonunda yaşayan 35 sakin növbəti dəfə prezidentə icra başçısından şikayət edib. Sakinlərin "Qafqazinfo”ya verdiyi məlumata görə, onlar prezident İlham Əliyevə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Mehməliyevlə bağlı müraciət ediblər. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Sizin ölkədə apardığınız abadlıq və quruculuq işləri göz qabağındadır. Bakı gündən-günə gözəlləşir və abadlaşır, geniş küçələr, körpülər inşa edilir. Lakin biz Nəsimi rayonu S. Rüstəm 69 və M. Qasımov 8 saylı ünvanlarda yaşayan sakinlər Nəsimi rayon İcra Hakimiyyətinin başçısı N. Mehməliyevin özbaşınalıqılarına biganə qala bilmirik. İcra başçısı bu küçələrin kəsişməsində yerləşən evlərin qarşısında Balakən rayonu Tülü kənd sakini Həbilov Elçin Qüdrət oğlunun adına ofis binasının tikintisi üçün sərəncam verib. Lakin 10 m enində olan bu yaşıllıq zolağında çoxillik ağaclar və kollar mövcuddur. Bütün evlərin qapı və pəncələri bu küçəyə açılır. Layihələndirilən ofis binasının eni 12m-dir, beləliklə, S. Rüstəm küçəsi və burada yaşayan vətəndaşların evlərinə gediş-gəliş yolları bağlanır. Bütün bunları nəzərə alaraq Fövqəlada Hallar Nazirliyi ekspertiza idarəsi tikintiyə icazə verməmiş və 1 saylı Bakı İnzibati –İqtisad Məhkəməsi Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamını ləğv edib. Lakin Nəsimi rayonu İcra hakimiyyəti bu qanunsuz sərəncamı bərpa etmək üçün apelyasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət edib.

Möhtərəm, cənab Prezident! Biz əminik ki, bu təmir özbaşınalığına qarşı öz münasibətinizi bildirəcəksiniz”.

Qeyd edək ki, müraciətə 35 sakinin adı və pasport qeydiyyatı əlavə olunub. Xatırladaq ki, sakinlərin adıçəkilən problemlə bağlı şikayət məktubu aprel ayında da "Qafqazinfo” saytında işıqlandırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA