Nazirlərdən Səfər Əbiyevin oğlunun toyuna kimlər gəldi?

img

04-11-2013 [11:30]


Prezidentin sərəncamı ilə oktyabrın 22-də istefaya göndərilən Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dünən ikinci oğluna toy edib.

Modern.az saytının məlumatına görə, "Buta Palace” sarayında keçirilən toy mərasimi yüksək təmtəraqla baş tutub.

Bir çoxları vəzifədən uzaqlaşdırılan generalın oğlunun toyunda yüksək vəzifəli məmurların iştirak etməyəcəyini proqnozlaşdırsa da, gözlənildiyinin əksi baş verib.

Belə ki, toyda iştirak edən qonaqlardan aldığımız məlumata görə, mərasimdə daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və digər nazirlər, yüksək çinli məmurlar, generallar iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA